ELİNANIN DİREKTORUNA CİNAYƏT İŞİ AÇILDI, AMMA... - Ev dustağı olacaq (Yeniləndi)

Bakı şəhər prokurorluğu 162 saylı orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın barəsində cinayət işinin açılması ilə bağlı rəsmi məlumat yayıb.

"Report"a daxil olan məlumatda deyilir ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci (r) sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq davam etdirilir: "Aparılmış istintaqla həmin məktəbin direktoru işləmiş Sevinc Abbasovanın xidməti vəzifələrini lazımı qaydada yerinə yetirməyib, vaxtaşırı olaraq özünə qapanan Elina Hacıyevanın ruhi-emosional vəziyyətinə xüsusi həssaslıqla yanaşmamaqla, ona psixoloji-mənəvi dəstək göstərilməsinə laqeyd münasibətinin ehtiyatsızlıqdan onun ölümünə səbəb olmasına, habelə hadisə baş verdikdən dərhal sonra təcili-tibbi yardım çağırılmasını vaxtında təmin etməyərək E.Hacıyevanı təhlükədə qoymasına dair əsaslı şübhələr müəyyən edilib.

Sevinc Abbasova 15 aprel 2019-cu il tarixdə Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Bakı şəhəri Səbail rayon məhkəməsinin 16 aprel 2019-cu il tarixli qərarı ilə S.Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir".

***

162 saylı orta məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib.

"AzPolitika"nın "Qafqazinfo”ya istinadla məlumatına görə, S.Abbasova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham olunur. Dünən təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün prokurorluğun təqdimatına baxılıb.

Səbail rayon məhkəməsinin hakimi Anar Tanrıverdiyev məhkəməni təxirə salıb. Sabiq direktor barəsində bu gün qərar qəbul ediləcək.

Qeyd edək ki, hadisədən sonra Təhsil naziri Ceyhun Bayramovun əmri ilə məktəb direktoru, müavini və psixoloq işdən çıxarılıb.

635x100

Şərhlər

Veteran müəllim 2019-04-16 17:18:17

Ev dustagı???bu heç nəyi dəyişməyəcək...uşagın qanını asfaltdan və üst geyimindēn yuyan,təcili yardım əvəzinə krışası olan icra başçının müavini hēm də rayon YAP nın müavini olan podruqasına nazirlikdə işlēyēn ərinə zəng edən bu cani üçün ev dustagı olmaq nə bøyük işdir ki?sonrA da uşaga su iç deyib dērman içirdib 2 saat otagında onu dopros edən o YAP çı icra müavini onu xilas edēcēk də.avtomobil qəzasında ölēn adama görə sürücü 6 il iş alır və 6 il də sürücülük h

hop-hopnamə 2019-04-16 17:18:17

Bəs direktorun krışası "PODRUJKA" nə vaxt işdən çıxarılacaq????? P.S. İndi söz əlaqədar təşkilatlarındır (Z.H.)!!!!

hellas 2019-04-16 17:18:17

Lətifə: Bir gün bir qarğanı tutular və fikirləşirlər ki, ona necə cəza verək. Qarğa da yalvarır ki, nə cəza istəyirsiniz verin, lakin mənim ayaqlarımı bağlayaraq uçurumdan aşağı atmayın. Onu tutumuş parabeyinlərin olmayan ağlına bu batır və qərara gəlirlər ki, ona belə də cəza verək. Onun ayaqlarını bağölayıb qayadan aşağı atırlar və qarğa da uçub gedir. P.S. Yapizmin "ən uğurlu siyasəti" kimi millətin pullarını udmuş məmur-oliqarxların bu yolla "cəzalandırılması" çiçəklənməkdədir!!!

Muellime 2019-04-16 17:18:17

Uwaq orda olirdu aparib kabinetinde sorgu-sual edir. Kul senin ana bawina, qadin bawina. Harinlamiw ...

Filosof 2019-04-16 17:18:17

Aqil Abbasin sozu olmasin,bu xeberi butun direktorlarin oxumasi meslehetdir. Baxin oxuyun ve fikirlewin. Tak cto netice cixarin,direktorluq tekce gelir ve pul yigmaq yeri deyil. Diretorluq evvelce mesuliyyet ve cavabdehlikdir. "Kriwa"nizin kimliyinden ve statusundan asili olmayaraq mesuliyyetden qaca bilmezsiniz. Ona gore direktor "secilmek"barede fikirlewerken duwunun,siz bu agir ve mesuliyyetli yuku darta bileceksinizmi?

Son yazılar