Maşinist idarə etdiyi teplovozdan yıxılaraq ölüb - Bakıda + VİDEO

Bakının Ziya Bündayov prospektində faciəvi hadisə baş verib.

Bakupost.az-ın məlumatına görə, "Çermet" körpüsünün yaxınlığında maşinist idarə etdiyi teplovozun üzərindən yıxılaraq dünyasını dəyişib. Şahidlərin verdiyi xəbərdə bildirilir ki, mərhumun meyiti iki saata yaxındır yerdə qalsa da, hələ heç bir qurum hadisə yerinə gəlməyib.

Yaxınlıqda olan şəxslər meyitin üzərini örtüblər.

***

Bu dəqiqələrdə hadisə yerinə polis əməkdaşları gəlib. Mərhumun meyiti morqa aparılıb.

Hadisə yerindən çəkilmiş videonu təqdim edirik:

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar