CAVİD QURBANOV 15 MİN NƏFƏRİ İŞDƏN AZAD EDƏCƏK! - "Azərbaycan Dəmir Yolları"na ŞOK tövsiyə

2022-ci ilə qədər “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) əməkdaşlarının sayının 3 dəfədən çox azaldılması nəzərdə tutulur.

"Report" xəbər verir ki, bunu dövlət müəssisəsinin auditini həyata keçirən KPMG audit şirkəti bəyan edib.

Audit nəticəsində məlum olub ki, ADY-nin işçi heyətinin sayı, təxminən, 22 min nəfərdir və bu rəqəmin 6 422 nəfərə qədər azaldılması, orta aylıq əmək haqqının isə 596 manat təşkil etməsi tövsiyə olunub.

Bu o deməkdir ki, qarşıdakı 3 ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi Cavid Qurbanov hər il orta hesabla 5 min, ümumilikdə isə 15 mindən artıq əməkdaşı işdən azad edəcək. Lakin hətta bundan sonra da QSC-də orta aylıq əməkhaqqı cəmi 596 manat təşkil edəcək. Onda sual olunur: Belə kütləvi ixtisardan sonra “Azərbaycan Dəmir Yolları”nda orta aylıq əməkhaqqı cəmi 596 manat təşkil edəcəksə, o halda indi neçə manat təşkil edir?

Dərin araşdırmadan təxmin etmək olar ki, söhbət qəpik-quruşdan gedir... 

V.Nəsibov

635x100

Şərhlər

Kamil 2019-04-16 18:37:10

Yeznə kəsən başa sorğu-ual olacaq? !5 000 nədir.lap Dəmir yolu ona büsbütün Qurban edilib.Yoxsa onu ora yox.başqa qurbanlıq yerə qoyardlar.Axı o yeznədir!

Şərh yazanlara 2019-04-16 18:37:10

Sizə bəzilərinin qəzəbi tutar.Axı baxn kimə sataşırsınız? Yaxşı deyil axı!....Yazıqdılar axı,yetimlər ac qalıblar.İmkan verin yaşasınlar.

Reshad alxasov 2019-04-16 18:37:10

Daydayin olsun isteyirsen 10000verek problem yox savadin olmasada olar .esas daydayin olsun cunki bura vetendir

XX-1-dən Cavada 2019-04-16 18:37:10

AzTV yarandığı gündən bəy tərifi ilə məşğul olub. Elə olmasaydı orada 10 müddətində 380 milyon dolların başına daş sala bilməzdi!! Sonrası 5 faiz işsizlik haqqında cırtdan nağılını 30 ildir məmurlar millətin qulağına lapşa kimi asaraq milləti kar edir ki, onların çırtımları oğurlanmış pullarla Avropada "EM1N"-lə kef çəkə bilsinlər. Amma o Qurbanovlar və sa və i. ...lərlər bilsinlər ki, Abram o pullara axırda özü sahib çıxacaqdır. ....

yalçın 2019-04-16 18:37:10

az. kömür, puça getmiş ömür yolları..

Cavad 2019-04-16 18:37:10

5-10 nəfər işləyə bilən bir sex açılanda AzTV və digər kanalla tərifdən yorulmurlar ki, işsizlik aradan qaldırılır,hökumət fəliyyətdədir.Yəni ağ yalan deyirlər.Guya işsizlik 5 faiz təşkil edir.Bəs indi bu 15 min nəfər neçə faiz işsizliyə təsir edəcək? Statistikası yalan olan məmləkətdə hansı əsasla deyiənlərin yalan olduğunu görə-görə və bilə-bilə bunlara inanmaq,bel bağlamaq olar?

Son yazılar