“ÖZLƏRİNİ "YAXŞI OĞLAN" KİMİ GÖSTƏRMƏK İSTƏYİRLƏR...” - Deputatdan Mənsimova sərt cavab

Milli Məclisin Yeni Azərbaycan Partiyasından (YAP) seçilmiş deputatı İlham Məmmədov Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı iş adamı, "Palmali" şirkətlər qrupunun rəhbəri Mübariz Məsimovun SOCAR şirkəti və onun rəhbərliyi haqqında səsləndirdiyi ittihamlara cavab verib.

Deputat Demokrat.az-a açıqlamasında Mübariz Mənsimovu sözügedən fikirlərinə görə qınayıb: "SOCAR Azərbaycan dövlətinə məxsus olan şirkətdir. Onun fəaliyyəti isə dövlətimizin və xalqımızın mənafeyinə uyğundur. Azərbaycan müstəqillik qazandıqdan sonra bu şirkət Azərbaycanın sosial-iqtisadi həyatında böyük rola malik olub. Cənab Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olandan sonra SOCAR dünyanın nüfuzlu şirkətləri ilə rəqabət şəraitində əhəmiyyətli yer tutub. Bu gün də SOCAR şirkəti və onun rəhbərliyi sağlam və dünya standartlarına cavab verən fəaliyyəti ilə tanınır. Azərbaycanın iqtisadi inkişafında və müstəqil dövlət kimi dünyada tanıdılmasında SOCAR əhəmiyyətli rola malikdir. Eyni zamanda SOCAR Azərbaycanda minlərlə insana yüksək məvacibli iş yerləri yaradıb. Bu, gələcəkdə də davam edəcək. Şübhəsiz ki, bütün bunlar cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində mümkün olub. Bu qədər görülən işlərə indi kimlərinsə kölgə salmaq cəhdləri başa düşülən deyil. Biz Azərbaycan dövlətinə qarşı olan bu cür hərəkətləri qətiyyətlə qınayırıq, həmin şəxsləri bu cür əməllərdən vaz keçməyə çağırırıq. Əgər xaricdən Azərbaycan şirkətinə və məmurlarına qarşı hər hansı xoşagəlməz addımlar atılırsa, bu yolverilməzdir. Biz bunu pisləməliyik. Çünki SOCAR-a qarşı aparılan qarayaxma kampaniyası "erməni dəyirmanına su tökmək" kimi bir işdir".

İlham Məmmədov iş adamı Mübariz Mənsimovun bu cür çıxışlarını Azərbaycan dövlətinin imicinə ləkə vurmaq cəhdləri kimi qiymətləndirib: "Bu gün bəzi adamların qulaqlarına səs gəlib, xaricdə oturub bir imic qazanmaq üçün "mən də varam" prinsipi ilə hərəkət etməyə çalışırlar. Onlar özlərini xalqın təssübkeşi, "yaxşı oğlan" kimi göstərmək istəyirlər. Özlərini guya xalqın problemlərinə ürəyi yanan kimi təqdim edirlər. Biz bu cür halları sosial şəbəkələrdə "qəhrəmanlıq" edənlərin timsalında çox görürük. Mübariz Mənsimov Azərbaycanın hesabına böyük iş adamına çevrilib. O, Azərbaycanda hörmət qazanıb, biznesini burada qurub, genişləndirib. O, hara getsə, bu dövləti təmsil etməlidir, azərbaycanlı olduğunu unutmamalıdır. Yəni, kimin bu gün "qəhrəman" obrazı yaratmaq tendensiyası artıq geridə qalıb. Bu gün müstəqil Azərbaycan dövləti var. Ona görə də şəxsi maraqları dövlət maraqlarına qurban vermək olmaz. Ümummilli dövlət mənafeyi var. Bu nöqteyi-nəzərdən çıxış etmək lazımdır".

Deputat Mübariz Mənsimovla hər hansı münasibətinin olmadığını da söyləyib: "Mən heç zaman onunla təmasda olmamışam. Türkiyəyə dövlət xətti ilə səfərlər edəndə də onunla münasibətim olmur. Bunu arzu etməmişəm də!".

635x100

Şərhlər

Geber 2019-04-16 19:03:55

Cəmiyyətdə adi ilə iddiali , imkanli və vəzifəli , ofis işciləri və rəhbərləri , hər sosial psixotiplər arasinda surtuşməsiz ğözə ğörunməz prinsipləri tapib və tətbiq etmiş cəmiyyətlər Qərb və Avropadir , düzdur ideal olmasa da , sosial motorlarin probeqi bir miyyon kilometrdir. Əfsuslar olsun , ki bizlərin adi , qərbin idarəedən cevrəsi daxilində , lotu dilində vəhşi bərbər mənasi ağirliqindadir Onlar üzümüzə deməsələr , də bu faktdir.

Qəssab 2019-04-16 19:03:55

Mirqasımov küçəsində bir ət dükanım var,daim qarşında 3 pişik üzanıb mürgüləyir.Hərdən ət qırıntılarından onlara atıram ki,yesinlər.....

zakir 2019-04-16 19:03:55

milli meclisde bundan savadsiz ve movqesiz adam yoxdur.

X 2019-04-16 19:03:55

KAS KI HAMI OZUN BELE GOSTERE

Kripton 2019-04-16 19:03:55

5 illik deputat mandatı ərzində susdu, tək bir dəfə danışdı, onda da patronunu dəstəkləmək üçün

X 2019-04-16 19:03:55

KİM YAXSİ OGLANDİ BİLMİREM AMMA MESİMOV DEQİQ 123E DEYER

Kənar adam 2019-04-16 19:03:55

Onun dediklərinə əks arqumentləriniz varsa deyin, yoxsa, camaatı özünüzə güldürməyin.

pensioner 2019-04-16 19:03:55

Mənsimov 100 tələbəyə təqaüd təyin edib.Siz nə etmisiniz?

ƏLİ 2019-04-16 19:03:55

Bu deputat haradan gəldi görəsən Kim bunu seçib Niyə bu günə kimi heç bir işlə seçilməyib tanıyan yox nə işlə məşqul olduğu heç yerdə yazılmayıb Bu adam özünü bu hörmətli oğula söz atmaqla tanıtmaq istəyir. Məncə belə deputatların olması M.M. və dövlətimizə baş ucalığı gətirmir imicimizə ziyaNDAN BAŞQA BİR ŞEY DEYİL

Yadigar 2019-04-16 19:03:55

...Deputat olaraq şəxsən mən sizi tanımıram,və sizin bu xalqa nəsə etdiyinizidə eşitmənişəm Mübariz müəllim hər zaman dövlətimizi və və cənab prezidentimizi və onun siyasətini dəstəyləyib

miri 2019-04-16 19:03:55

Hamı bilir ki, bu Məmləkətin "ən yaxşı oğlanları" milli məcisdə işləyən sizlərsiniz.

Zabil Həsənov 2019-04-16 19:03:55

Mənsimov yaxşı oğlan olduğunu çoxdan sübut edib. İndi növbə sənindir. Buyur sən də yaxşı deputat olduğunu göstər.

Bashirov Qarib 2019-04-16 19:03:55

Adamın lap əti tökuldu,oxuyub qurtarana qədər.

Geber 2019-04-16 19:03:55

Yazi məntiqsiz olduqu ücün yersiz və 50 il qabaq da olsa mahiyyət və səmərəsini itirib. Əlbəttdə , ki deputatin səviyyəsindən hec yarim metr də fərqlənməyən Mubariz Məsimov özu də , təsadufu savadsiz türkanlilar demişkən həşəhüş bir kəsin , ğuya problem oduqunu :- dunyavi yanaşma ilə izah olunmasi vreditelstvadir Vallah paxilliq cəkirəm . Əfsuslar olsun , ki Məsimov tipli savadsiz rusca vreditelstva indiki dövranda təsadufi ğöydənduş pul mövqe qazanmaq olarmiş Vallah Billah mən mat qalmişam

Son yazılar