Polşanın neft və qaz şirkətinin prezidenti SOCAR-ın təcrübəsindən yararlanmaq istəyir

Polşa Respublikasına rəsmi səfəri çərçivəsində nazir Elmar Məmmədyarov Polşanın Neft və qaz şirkətinin prezidenti Piotr Vojnyak ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, E.Məmmədyarov ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm enerji və infrastruktur layihələri haqqında ətraflı məlumat verib. Azərbaycan tərəfinin iki ölkə arasında enerji sahəsində iş birliyini dəstəklədiyini bildirən E.Məmmədyarov, Polşa ilə bu xüsusda əməkdaşlıq etməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Öz növbəsində Piotr Vojnyak Azərbaycan ilə enerji sahəsində əməkdaşlıqda maraqlı olduqlarını və SOCAR-ın təcrübəsindən yararlanmaq istədiklərini xüsusilə qeyd edib.

Görüş zamanı tərəflər həmçinin qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar