Messi 6 ildə ilk dəfə Çempionlar Liqasının final mərhələsində qol vurub

Kataloniyanın "Barselona" klubunun hücumçusu Lionel Messi 2013-cü ildən sonra ilk dəfə Çempionlar Liqasının final mərhələsində qol vurub.

"Report" xəbər verir ki, "Barselona"nın hücumçusu Çempionlar Liqasının 1/4 finalında, "Mançester Yunayted"lə cavab matçının birinci hissəsində dubl edib.

Qeyd edək ki, argentinalı sonuncu dəfə 2013-cü ildə Avropanın ən nüfuzlu klub futbol yarışının 1/4 finalında fərqlənib. PSJ ilə matç 2:2 hesabı ilə başa çatıb.

Daha əvvəl bildirilib ki, Kataloniyanın "Barselona" klubunun hücumçusu İspaniyanın Mayorka adasında yerləşən otellərdən birini alıb və yenidənqurma işlərindən sonra mayın 2-də onun açılışını etməyi planlaşdırır.

635x100

Şərhlər

Ali 2019-04-17 00:23:21

Salam. Özümə söz vermişdim ki, bir daha Sizin məqalə başlıqlarında buraxdığınız səhvlərə baş qoşmayacağam. Amma alınmır.... və ya sizin "dünya görüşünüz" buna imkan vermir ki, vermir!!! Siz əminsiniz ki, dünən ÇL - nın "FİNAL" oyunu idi?!?! Bəlkə ÇL - nın 1/4 mərhələsinin cavab oyunu imiş.....?????

Son yazılar