«Aİ Qolan üzərində İsrailin suverenliyini heç vaxt tanımayacaq» - MOQERİNİ

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bəyan edib ki, Avropa İttifaqı Suriya ərazisi olan Qolan təpələri üzərində İsrailin suverenliyini heç vaxt tanımayacaq - nə qədər ki, fələstinlilərlə israillilər arasında Yaxın Şərq münaqişəsi və Yerusəlimin statusu barədə məsələ öz həlini tapmayıb.

Moqerini bu bəyanatla Avroparlamentin xarici siyasət problemləri üzrə dinləmələri zamanı çıxış edib.

«ABŞ-n Qolan üzərində İsrailin suverenliyini tanıması barədə qərarına gədincə, Aİ-nın mövqeyi sadə və aydındır: Avroittifaq İsrailin işğal etmiş olduğu ərazilər üzərində suverenliyini tanımayıb və heç vaxt tanımayacaq, o cümlədən, Qolan təpələri üzərində də. Hazırda Aİ-nın 5 dövləti BMT Təhlükəsizlik Şurasında (TŞ) iclas keçirir və Qolan barədə bizim mövqeyimizi ifadə ediblər» - Moqerini bəyan edib.

Diplomat İordan çayının Qərb sahilindəki işğal edilmiş ərazilərdə İsrail məskənlərinin genişləndirilməsi siyasətini də pisləyib.

«Biz, bu siyasəti qanundankənar və beynəlxalq normalara zidd hesab edirik. Aİ hesab edir ki, Yaxın Şərqdə sühün əsasında münaqişənin dinc yolla həlli və iki dövlət prinsipi - Yerusəlim paytaxt olmaq şərtilə - dayanmalıdır. Bizim strateji hədəfimiz - bu planı dəstəkləmək və İsraillə Fələstin arasında yeni danışıqlar üçün imkanların saxlanmasından ibarətdir».

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar