Rusiya Tacikistanda 5 rusdilli məktəb tikmək niyyətindədir - Əlvida tacik dili?

Firdovsi sağ olsaydı, şeirlərini hansı dildə yazardı?

Xəbər verildiyi kimi, Tacikistanın prezidenti Emomoli Rəhmon çərşənbə axşamı Rusiyaya səfər edib. Bu, Rəhmon müəllimin son 12 ildə «dost ölkə»yə ilk «ziyarəti»dir. Verilən xəbərlərə görə, qonaq artıq Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşə bilib.

Bildirilir ki, danışıqların mövzularından biri də Rusiyanın Tacikistanda 5 rusdilli məktəb tikmək niyyəti olub.

İrəhmonun sözlərinə görə, Tacikistan Rusiyanın bu addımını alqışlayır və yaxın zamanlarda reallaşmasını gözləyir.

Bundan əvvəl, Rusiya «dost» ölkədə ümumtəhsil obyektlərinin tikintisi il məşğul olmasa da, oraya müəllimlər və dərs vəsaitləri göndərib.

Məlumata görə, hazırkı vəziyyətə Tacikistanda 30-dan artıq rusdilli məktəb fəaliyyət göstərir (Düşənbə, Kurqan-tübe, Vaxşe və digər şəhərlərdə).

Bax, buna deyərlər mədəni ekspansiya! Deyilənlərdən belə çıxır ki, Tacikistan əhalisinin «ruslaşdırılması» prosesi görünməmiş sürət götürüb - bu gedişlə, qısa zamanda taciklər doğma dillərində danışmağa çətinltik çəkəkəcəklər - Dağıstan kumıkları kimi.

Belədə, düşünməli olursan: Firdovsi sağ olsaydı, şeirlərini hansı dildə yazardı?

Əlvida, tacik dili?...

Mirzə AĞ

635x100

Şərhlər

Asif 2019-04-17 16:49:09

Milli gəlirin 1/3-i miqrantların Rusiyadan göndərdiyi pul baratlarından ibarət olan ölkədə milli identifikasiya axtarışı acı reallıq olsa da, yersizdir.

Bashirov Qarib 2019-04-17 16:49:09

Mirzə muəllim,bunun nəyi pisdirki.Taciklər muftə məktəbə sahib olacaqlar,mukəmməl elmə sahiblənəcəklər. Bizimkilər kimi Rusiyada onlarla məktəb tikib, butun xərcləri bizimkilər ödəyir,ruslarda muftə təhsil alırlar.Fərq göz qabagındadır.

Son yazılar