«Rusiya Avropa Şurasında layiqli yerini tutmalıdır» - Fransa senatı

Fransa arzu edir ki, Rusiya Federasiyası (RF) Avropa Şurasında (AŞ) layiqli yerini tutsun.  Fransa hökuməti öz təsir imkanlarından istifadə edəcək ki, Rusiyaya səs hüququnun qaytarılmasına da nail olmaq istəyir. Bu barədə Fransa senatının Rusiya Federasiya Şurası ilə əməkdaşlıq qrupunun rəhbəri, Fransa senatının maliyyə işləri üzrə komitəsinin üzvü Jerar Longe bəyan edib.

«Fransa Senatı öz arzularını ifadə edir ki, Rusiya Avropa Şurasında layiqli yerini tutsun» - deyə, Longe Federasiya Şurası beynəlxalq münasibətlər komitəsinin sədri Konstantin Kosaçovla görüşünün gedişi zamanı bildirib.

«Biz bilirik, Fransa hökuməti özünün bütün təsir imkanlarından istifadə edəcək ki, Rusiya öz yerini saxlasın və yenidən səs hüququ əldə etsin» - fransalı siyasətçi bildirib.

«Biz, belə düşünənlərdənik ki, Rusiya çox mühüm ölkə və Avropanın həmkarıdır» - Longe qeyd edib.

Ötən çümə günü Federasiya Şurasının sədri Valentina Matviyenko isə bəyan edib ki, prinsipilal qərarlar qəbul edilmədən, Rusiya bu struktura qayıtmağa hazır deyil - yarımçıq tədbirlər yetərli ola bilməz.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar