24 dini icmanın balansına minik avtomobili verilib

Dərc olunub: 17/04/2019 - 23:54

6c6a64b787ed02120c18974a2150a514“Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanda fəaliyyət göstərən 24 dini icmanın balansına minik avtomobili verilib”.Bunu ONA-nın sorğusuna cavab olaraq Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov deyib.

O bildirib ki, dövlət tərəfindən dini icmalara daim diqqət və qayğı göstərilir, mütəmadi olaraq cənab Prezidentin sərəncamları ilə dini konfessiyalara maliyyə yardımları ayrılır: “Bu humanist siyasətin məntiqi davamı olaraq Prezident cənab İlham Əliyevin “Azərbaycanda dini icmaların maddi-texniki təhcizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 11 sentyabr 2018-ci il tarixli, 470 nömrəli sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 400 (dörd yüz)min manat vəsait ayrılıb. Ayrılmış vəsait əsasında 24 ədəd (22 ədəd “Khazar SD” və 2 ədəd “NAZ Lifan” markalı) minik avtomobili alınıb və bu avtomobillər Naxçıvan Muxtar Respublikası (2 minik avtomobili) da daxil olmaqla Azərbaycanda fəaliyyət göstərən 24 dini icmanın balansına verilib. Dini konfessiya və icmalara gələcəkdə də dövlət dəstəyinin göstərilməsi istisna deyil”.

Sorğuya cavab olaraq bildirilib ki, avtomobillər verilən 24 dini icmanın siyahısı aşağıdakı kimdir:

1. Zaqatala rayonu Əliabad qəsəbəsi “Cümə” məscidi dini icması

2. Qax şəhər məscidi dini icması

3. Masallı rayonu Çaxırlı kənd məscidi dini icması

4. Lənkəran şəhər Kiçik Bazar “Hüseyniyyə” məscidi dini icması

5. Nəsimi rayonu “Hacı Əjdərbəy” məscidi dini icması

6. Azərbaycan Respublikası Gəncə şəhəri “İmamzadə Ziyarətgah” məscidi dini icması

7. Gəncə şəhəri “Şah Abbas” məscidi dini icması

8. Bakı şəhəri Əzizbəyov rayonu Buzovna qəsəbəsi Məşədi Qərib məscidi dini icması

9. Sabunçu rayonu Nardaran qəsəbəsi “Rəhimə Xanım Ziyarətgahı” məscidi dini icması

10. Xətai rayonu Əhmədli qəsəbə məscidi dini icması

11. Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icması

12. Şuşa məscidi dini icması

13. Balakən şəhəri mərkəzi “Cümə” məscidi dini icması

14. Tərtər şəhər “Cümə” məscidi dini icması

15. Ağdam rayon Xındırıstan kənd məscidi dini icması

16. Qazax şəhər “Cümə” məscidi dini icması

17. Biləsuvar şəhər “Cümə” məscidi dini icması

18. Neftçala şəhər Sahib əz-Zaman məscidi dini icması

19. Şəki şəhər “Ömər Əfəndi” məscidi dini icması

20. Qusar şəhəri “Mustafa Kazdal” məscidi dini icması

21. Sabirabad şəhər “Heydər” məscidi dini icması

22. Gədəbəy şəhər “Cümə” məscidi dini icması

23. Ordubad rayon dini icması

24. Babək rayon dini icması.






loading...


Fikrinizi bildirin