Tərtərdə maşın aşıb, sürücü və sərnişin xəsarət alıb

Dərc olunub: 17/04/2019 - 23:59

qeza-yol-nishaniTərtər rayonunda minik avtomobilinin aşması nəticəsində iki nəfər xəsarət alıb.”Report”un Qarabağ Mərkəzinin məlumatına görə, Tərtər-Goranboy-Gəncə avtomobil yolu ilə hərəkətdə olan “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Hadisə zamanı avtomobilin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.








loading...


Fikrinizi bildirin