Sumqayıtda kürəkən qayınanasını döyüb - FOTO

Sumqayıtda gecə saatlarında döyülmə hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 5-ci mikrorayonunda mənzillərin birində qeydə alınıb.

Kürəkən və qaynana arasında düşən mübahisə sonuncunun döyülməsi ilə nəticələnib. Belə ki, kürəkəni 1959-cu il təvəllüdlü Natavan Mirzəyevaya üz nahiyəsindən zərbələr endirib.

Xəsarət alan yaşlı qadın xəstəxanaya aparılıb və ona lazımi tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar