Avropa Liqasında yarımfinalçılar müəyyənləşəcək – AFİŞA

Dərc olunub: 18/04/2019 - 09:05

avropaBu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

“Report”un məlumatına görə, cavab qarşılaşmalarından sonra yarımfinalçılar müəyyənləşəcək.

Günün ən maraqla gözlənilən oyunu İtaliyada olacaq. “Napoli” doğma azarkeşlər önündə İngiltərə “Arsenal”ını qəbul edəcək. Neapollular səfərdəki 0:2 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar.

İngiltərənin turnirdəki digər təmsilçisi “Çelsi” evdə Çexiyanın “Slaviya” kollektivini sınağa çəkəcək. Londondakı matçda “zadəganlar” minimal hesablı qələbə qazanıb – 1:0.

Almaniyanın Avroliqadakı yeganə komandası “Ayntraxt” Frankfurtda Portuqaliya “Benfika”sının müqavimətini qırmağa çalışacaq. Səfərdəki qarşılaşmada 2:4 hesabı ilə uduzan meydan sahibləri yarımfinala vəsiqə üçün ən azı 3 top fərqi ilə qələbə qazanmalıdır.

Nəhayət, növbəti qarşılaşmada İspaniya komandaları üz-üzə gələcək. “Valensiya” “Vilyarreal”a qarşı ilk oyundakı 3:1 hesablı qələbəni qorumağa çalışacaq.

Qeyd edək ki, final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Avropa Liqası
1/4 final, cavab oyunları
18 aprel

23:00. “Napoli” (İtaliya) – “Arsenal” (İngiltərə)

İlk oyun – 0:2

23:00. “Valensiya” (İspaniya) – “Vilyarreal” (İspaniya)

İlk oyun – 3:1

23:00. “Ayntraxt” (Almaniya) – “Benfika” (Portuqaliya)

İlk oyun – 2:4

23:00. “Çelsi” (İngiltərə) – “Slaviya” (Çexiya)

İlk oyun – 1:0








loading...


Fikrinizi bildirin