Ziya Məmmədov qardaşı qızının dəfninə getdi - YENİLƏNİB-FOTOLAR- VIDEO

Xəbər verdiyimiz kimi, ötən gün baş verən yol qəzasında Naqliyyat naziri Ziya Məmmədovun qardaşı qızı vəfat edib. Hadisə Bakı Xaçmaz rayonu ərazisində baş verib.Qəzanın videosunu təqdim edirik:

--

Dünən axşam Bakı-Quba yolunda baş verən avtomobil qəzasında dünyasını dəyişən nəqliyyat naziri Ziya Məmmədovun qardaşı qızı Günay Ələsgərova dəfn olunmaq üçün Ucar rayonuna aparılıb.

Mərhumun cənazəsi Qazıqumlaq kəndinə aparılıb. Bu saatlarda Məmmədovlar ailəsi kəndə dəfn üçün toplaşıblar.

Xatırladaq ki, qəzada həlak olan xanım nazirin Loğman adlı qardaşının qızıdır. O, 1977-ci il təvəllüdlü olub.

Qeyd edək ki, mərhumun atası hazırda Türkiyədədir və ağır əməliyyat keçirib.

-------------

Bu gün gecə saatlarında Gəndob-Yalama yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, magistralın 19-cu km-də Xaçmaz rayonunun Qaradağlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1950-ci il təvəllüdlü Quba rayon sakini Almasov Ramiz Qaflan oğlu idarə etdiyi 90 CM 986 dövlət nömrə qeydiyyatlı “KİA” markalı minik maşını ilə Xaçmaz rayonu Hülövlü kənd sakini, 1962-ci il təvəllüdlü Mustafayev Bəhram Əlövsət oğlunun idarə etdiyi at arabasını vurub. Bundan sonra “KİA”nın arxasınca eyni istiqamətdə hərəkətdə olan 1956-cı il təvəllüdlü, Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd sakini Cəbiyev Məhərrəm Şəmbala oğlunun idarə etdiyi 90 JZ 076 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşını “KİA” ilə toqquşub. Qəza nəticəsində “KİA”da olan sərnişin, 1977-ci il təvəllüdlü Bakı şəhər sakini Ələkbərova Günay Loğman qızı dünyasını dəyişib. Dünyasını dəyişən xanımın Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun qardaşı qızı olduğu bildirilir. “Garant Holding”dən 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar