Putin qondarma prezidentlə görüşdü

Rusiya prezidenti Vladimir Putin “Abxaziya Respublikası”nın "prezidenti" Raul Hacimba ilə görüşüb.

Azvision.az-ın məlumatına görə, bu barədə Rusiya prezidentinin rəsmi saytında məlumat yerləşdirilib.

Görüş zamanı Rusiya və Abxaziya arasında dostluq, əməkdaşlıq və qarşılıqlı kömək barədə yeni sazişin imzalanmasının vacibliyi vurğulanıb.

Budan əlavə, Rusiyanın Abxaziyaya maliyyə yardımının artırılması, həmçinin rus investorların “Respublika”ya cəlb edilməsi məsələləri də müzakirə edilib.

Qeyd edək ki, Raul Hacimba avqust-un 24 “Abxaziya Respublikası”nda keçirilən növbədənkənar seçkilərdə qalib gəlib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar