"Dağlıq Qarabağ üzrə növbəti görüş Vaşinqtonda keçirilsin" - ABŞ-dan təklif

ABŞ tərəfi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələri davam etdirmək üçün Vaşinqtonda görüşməyi təklif edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Varşavada keçirilən mətbuat konfransında bildirib.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara münasibət bildirən XİN başçısı aprelin 15-də Moskvada keçirilmiş görüşü xatırladıb.

"Bizə danışıqlarda irəliləyiş lazımdır. Deyə bilərəm ki, bu baxımdan elə də nikbin deyiləm, amma real danışsaq, səyləri ikiqat artırmaq lazımdır. Rusiya bunu edir, son görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak etdi. Dünən isə ABŞ-dan təklif aldıq. ABŞ dövlət katibi də danışıqlarda irəliləyişə nail olunmasına töhfə vermək niyyətindədir", - E.Məmmədyarov deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar