Bu il 287 Azərbaycan vətəndaşı Türkiyədə əmlaka sahib olub

Bu ilin mart ayında Azərbaycanın 87 vətəndaşı Türkiyədə əmlaka sahib olub.

“Report”un Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, 2018-ci ilin mart ayı ilə müqayisədə 26 mənzil və ya 42,62% çoxdur.

Bu ilin yanvar-mart ayları ərzində isə Azərbaycanın 287 vətəndaşı Türkiyədə mənzil alıb. Bu, 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə 98 mənzil və ya 51,85% çoxdur.

Qeyd edək ki, ümumilikdə mart ayında 3 160 xarici vətəndaş Türkiyədə mənzil alıb ki, bu da 2018-ci ilin mart ayı ilə müqayisədə 1 311 ədəd və ya 70,9% çoxdur.

Bu ilin yanvar-mart aylarında Türkiyədə 9 717 ədəd əmlak xarici vətəndaşlara satılıb ki, bu da 2018-ci ilin üç ayı ilə müqayisədə 4 350 ədəd və ya 81,05% çoxdur.

Türkiyədə ən çox mənzil alan xarici vətəndaşların sayına görə İraq siyahıda ilk yerdə qərarlaşıb. Bu ilin mart ayında iraqlılar Türkiyədən 548, bu ilin üç ayında isə ümumilikdə 1 781 mənzil əldə edib. Siyahıda sonrakı yeri İranlılar tutur. Bu ölkənin vətəndaşları martda 334, 2019-cu ilin yanvar-mart ayları ərzində isə 946 mənzil satın alıblar.

İlk üçlüyü isə Səudiyyə Ərəbistanı tamamlayır. Bu ölkənin vətəndaşları ötən ay Türkiyədə 189 mənzil, bu ilin ilk üç ayı ərzində isə 440 mənzil əldə ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar