Fuad Qəhrəmanlının qızına hücum edən şəxsə 15 sutka həbs verilib - YENİLƏNİB

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızına küçədə hücum edən Tural Qarayevə 15 sutka inzibati həbs cəzası verilib.

ONA-nın xəbərinə görə, bununla bağlı bu gün Yasamal Rayon Məhkəməsində qərar qəbul edilib.

***

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızına küçədə hücum edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə ONA-ya açıqlamasında bildirib ki, polis tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində Sənay Qəhrəmanlıya qarşı xuliqanlıq hərəkətləri edən şəxsin Bakı şəhər sakini Tural Qarayev olması müəyyən edilib və o, polis tərəfindən saxlanılıb.

T. Qarayev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması, hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə məhkəməyə göndəriləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızına küçədə hücum olması ilə məlumat yayılıb.

***

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının 14 yaşlı qızı S.-nın üzləşdiyi hadisə ilə bağlı onun anası Zümrüd Yağmur Daxili İşlər Nazirliyinin (DİN) “102” xidmətinə müraciət edib.

DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib ki, müraciət edən şəxs və yeniyetmə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə yönləndirilib: "Anası ilə qızı bölməyə dəvət edilib və onlar məsələ ilə bağlı ərizə yazıblar".

O.Mansurzadə deyib ki, məsələ ilə bağlı polis bölməsində hazırda araşdırma aparılır: "Araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək".

Qeyd edək ki, hadisənin görüntüsü sosial şəbəkələrdə paylaşılsa da, qeyri-etik ifadələr yer aldığı üçün yayımlamırıq. Həmin şəxsin fotosunu təqdim edirik:

635x100

Şərhlər

Bashirov Qarib 2019-04-18 20:15:58

Ölkədə yeni dönəmmi başladırsınız? Söyuşu TV-lərə gətirdilər.Xalq susdu.Yataq otaqlarına kamera qoyub,fədakar insanların intim göruntulərini TV-də yayımladılar,susduq.Şərəfli həyat yolu keçmiş insanın qəbrini murardarladılar dinmədik.Artıq elə yola girirlər ki,bu yolun geriyə dönuşu yoxdur.Bu vətən hamımızındır,dövlətimizi seviriksə,təxribatçıların tapılıb cəzalandırmasını tələb etməliyik.Dövlətçiliyimiz naminə dövlətin yanında olmalıyıq.

EJDER 2019-04-18 20:15:58

14 YAWLI QIZA QARWI ,OCUR HEREKET ALCAQLIQDI,ONU DESTEKLIYENLER VE REVAC VERENLER,ALCAQIN ALCAQIDI...SARAKOZI CANI.15 SUTKALIQ ISTIRAHET ONA AZDI

Lerikden Mehemmed Hesen emi 2019-04-18 20:15:58

bu cox duzgun oldu, Mehriban xanımın adini tutub yaramaz ve alcaq hereket etmekle bu sarsaq ele bilirdi nese qazanacaq, amma cemiyyetin nifretin ve Mehriban xanimin cezasini aldi sonunda. men bir yawli baba kimi hemiwe demiwem ve yene deyirem insana en boyuk zerbeni insani yalandan terifleyib ve yalatilq edenler vurur..inanainram ki, hakimiyyətin də bele sarsaqa hec ehtiyaci yoxdur, cemiyetden destek lazim olsa men ozum 128 neve -netice -kotucelerimi gondere bilerem Bakiya ,elbetdeki ellerinde qizil gulle.

sadə vətəndaş 2019-04-18 20:15:58

Sizcə kim olar bu işin sifarişçisi?!

Arif 2019-04-18 20:15:58

ONU ÖYRƏDİBLƏR UŞAĞA HÜCUM EDİB.....

pensioner 2019-04-18 20:15:58

Bu gədə ilə birlikdə hökmən sifarişçi də cəzalandırılmalıdır!

miri 2019-04-18 20:15:58

..Bu əyri əməlin sifarişçisi cəzalandırılmalıdı

keçici qırmızı bayraqlar 2019-04-18 20:15:58

15 sutka nöş!!!!! Seymur Həziyə bir işvərəni "boş (0,5 l) bonakva butulkası ilə virib" deyə 10 il iş verdiniz. Buna və işin təşkilatçılarına "Ay çiçəklənən Azərbaycanın yaxşılığa doğru dəyişən hüquq-mühafizə sistemi" niyə 15 sutka?????????????????

Son yazılar