Bakıda piyadanı vurub qaçan sürücü tutulub

Bakıda piyadanı vurub qaçan avtomobil müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 6-da Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində müəyyən edilməyən avtomobillə yolun kənarında dayanan qəsəbə sakini R.Əzizov vurulub.

Ayaq nahiyəsindən xəsarət almış piyada xəstəxanaya müraciət etməyib.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınan “Nissan” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini A.Umnyaşkin müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar