SPİKER QƏDƏR MAAŞ ALACAQ - Konstitusiya Məhkəməsi sədrinin və hakimlərinin maaşı artırılıb

Azərbaycan Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Dəyişiklik Konstitusiya Məhkəməsi hakimlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlıdır.

“Konstitusiya Məhkəməsi haqqında” qanunun 71-ci (Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı) maddəsinin 2-ci bəndi yeni redaksiyada verilib:

“Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Milli Məclis sədrinin aylıq vəzifə maaşına (2 475) bərabərdir”.

İndiyədək isə bənd belə idi:

“Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 2 335 manatdır”.

Qanunun 73-cü (Konstitusiya Məhkəməsi hakiminin başqa təminatları) maddəsinə də dəyişiklik olunub.

Dəyişikliyə əsasən, Konstitusiya Məhkəməsinin hakiminə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.

Bu qayda Konstitusiya Məhkəməsinin sədrinədə aid edilsə, Fərhad Abdullayevin aylıq maaşı 4950 manat ola bilər.  

 

635x100

Şərhlər

REALİST 2019-04-18 17:52:31

SPIKER MAAŞI NEYNƏYİR.ONUN O BAYDA BİZNESİ,ƏMLAKLARI,VAR DÖVLƏTİ VAR.50 İL YESƏ QURTARMAZ.ONUN KİMİ BİR ÇOX DEPUTATLARIN,HAKİMLƏRİN,MƏHKƏMƏ SƏDRLƏİNİN,NAZİRLƏRİN,KOMİTƏ SƏDRLƏRİNİN.MƏGƏR KƏRƏM HƏSƏNOV KASIBDIR? ONA GÖRƏ YUXARI EŞALONDA MAAŞ ARTIMINA HEÇ BİRİNİN EHTİYACI OLMADIĞINDAN LAZIMSIZ ADDIMDIR.150-200 MANAT MAAŞ VERDİKLƏRİNİZ BİÇARƏLƏRİ YADA SALIN Kİ,HEÇ OLMASA ÖZLƏRİNİ DOYURA BİLSİNLƏR.

Kamal 2019-04-18 17:52:31

Bir qrup vəzifəli şəxslərin (YAP-çıların ) maaşlarının min manatlarla ( iki-üç dəfə ) artırmaqla ölkədə ümumi orta əmək haqqının artdığını bəyan edərək lovğalanmaq yersiz görünür.Axı əslində orta əmək haqqı,orta pensiya göstərici deyil.Göstərici minimal əmək haqqı və minimal pensiyadır. Hökumət orta rəqəmlərlə manipulyasiy edib.guya xalqın qeydinə qaldığını sübut etmək istəyir.Bu doğru deyildir.Çünki maaşı və pensiyaları artanlar hökumətə yaxın adamlar olduğundan xalqın vəziyyətindən doğru xəbər vermir.

Müəllim 2019-04-18 17:52:31

Nə üçün deputatlar belə yüksək maaş almalıdırlar?Axı Hadı müəllim deyir ki,180 manatla dolanmaq olar. Niyə onlara 180 manat maaş vermirsiniz ki, dolansınlar?Onsuz da onların elə bir ağıl işlədən,zəhmət tələb edəsi işləri yoxdur.Ona görə onlara belə yüksək maaş verilməməlidir. Hakimlərə gəldikdə isə öncə normal məhkəmə-hüquq sistemi yaradın ki,hakimlər haqsızlıq etməsinlər,insanları sıxıb rüşvət almasınlar,sifrişlə qərar qəbul etməsinlər.Bu məsələlər düzələndən sonra maaşlarına baxmaq olar.

Cəmşid Dərələyəzli 2019-04-18 17:52:31

Cənab Prezidentin ölkədə Məhkəmə -hüquq sistemi ilə bağlı aparılacaq islahatlarla bağlı vermiş olduğu fərmanın icrasında bu da şərtdir. Lakin ən əsas şərt məhkəmə hakimlərinin müstəqilliyi şərtidir. Ki sifarişdən və düymə basılmasından onları xilas olsunlar. Bunun üçündə sanıram bütün məhkəmə sədrləri dəyişdirilməlidir. Bunlarla islahat yürüməz. Yürsədə belə çox zaman alacaq.

omer 2019-04-18 17:52:31

Bu elaveler orta ayliq maslarin artimin tesir edir?ya pensionerden yan kecir?

kasib 2019-04-18 17:52:31

Allah onlara baxib bize rehm elesin.Is de tapa bilmirik ki hec olmasa corek pulu alaq.

Müfəttiş 2019-04-18 17:52:31

Guya bizdə Məhkəmə hakimlərinin maaşları dəfələrlə artırılsa onlar rüşvətxorluğu tərgidəcəklər.Çox primitiv yanaşmadır.Bütövlükdə Məhkəmə sıstemi dəyışdirilməlidir ki, ona da heç zaman razı olmazlar...

Son yazılar