Rusiya ən müasir raket sistemlərini Ukraynaya yerləşdirdi

Rusiya Donbasa özünün ən yeni hava hücumundan müdafiə sistemi olan “Pançir-1” raketlərini yerləşdirib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfiri Cefri Payet özünün Tvitter hesabında yazıb.

Onun sözlərinə görə, Rusiya Şərqi Ukraynadakı hərbi münaqişənin birbaşa iştirakçısı sayılır.

“Rusiya özünün ən müasir “Pançir-1” raketlərini Ukraynanın şərqinə göndərib və indi hərbi əməliyyatlarda iştirak edir”, - Payet yazıb.

Səfir eyni zamanda qeyd edib ki, Şərqi Ukraynada Rusiyadan göndərilən texnika, silah və canlı qüvvədən istifadə olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar