Hollandiyadan 9 azərbaycanlı deportasiya olunub

Bu ilin əvvəlindən martın 31-dək Niderland Krallığından 9 azərbaycanlı deportasiya olunub.

“Report”un Avropa bürosunun Niderland Miqrantlar və Vətəndaşlıq Departamentindən əldə etdiyi məlumata görə, onlardan 5-i Rusiya, 1-i Türkiyə, qalanları isə Azərbaycan vətəndaşlarıdır.

Həmin şəxslər son bir ildə müxtəlif vaxtlarda Niderlandda yaşamaq icazəsi üçün müraciət ediblər. Deportasiyaya səbəb kimi də onların müraciət zamanı məhz qeyri-dəqiq məlumatlardan istifadə etməsi, miqrasiya orqanlarını aldatması göstərilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar