İri aviaşirkət 2,8 mlrd. dollar ziyana düşdü

Avstraliyanın "Qantas" aviaşirkəti maliyyə ilinin yekununda itkisini açıqlayıb

Avstraliyanın və dünyanın ən iri aviaşirkətlərindən biri olan "Qantas" aviaşirkəti maliyyə ilinin yekunlarına dair hesabatında 2,8 milyard dollar zərərinin olduğunu açıqlayıb. Bu, "Qantas" hava yollarının tarixində ən böyük maliyyə itkisidir.

Aviaşirkət belə böyük həcmdə maliyyə itkisini səbəbini daxili tələbatın azalması və yanacağın qiymətinin artması ilə izah edib. Lakin "Qantas" rəhbərliyi şirkətin vəziyyətinin tədricən yaxşılaşacağını, 2015-ci ildə isə böhranaqədərki göstəricilərini bərpa edəcəyini vəd edir.

Son illər daxili və beynəlxalq bazarda rəqabətə tab gətirə bilməyən «Qantas» aviaşirkəti bu ilin fevralında 2500 işçisini ixtisar etmək məcburiyyətində qalmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar