Bakıda məişət tullantıları meydançasındakı yanğın ağaclara zərər vurub

Aprelin 18-də saat 20:00 radələrində Xətai rayonu Araz Novruzov və Qafqaz küçələrinin kəsişməsindəki məişət tullantıları konteynerində naməlum səbəbdən yanğın baş verib.

"Report" xəbər verir ki, yanğın zamanı külək nəticəsində alov 58 nömrəli tam orta məktəbin həyətindəki 2 ədəd şam ağacına sıçrayıb və şam ağaclarında yanğın baş verib.

Məktəbin gecə gözətçisi dərhal FHN-in Yanğından Mühafizə İdarəsinə məlumat verib.

Yanğın söndürülüb, məktəbin binasına zərər dəyməyib və xəsarət alan olmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar