"Bandera qəhrəmandır və bu, normaldır" - Zelenski

Ukrayna prezidentliyinə namizəd Vladimir Zelenski «RBK-Ukrayna» nəşrinə müsahibəsində Stepan Banderaya münasibətindən danışıb.

«Dekommunizasiyaya necə yanaşırsınız?» - sualına, namizəd «nomal» cavabını verib: «Ümumilikdə, mən dekommunizasiyaya normal yanaşıram. Cəmiyyət seçib və normaldır».

Zelenskinin fikrincə, ictimaiyyət artıq özünün qəhrəmanlarını formalaşdırıb və Stepan Bandera da onlardan biridir.

«Stepan Bandera - ukraynalıların müəyyən faizi üçün qəhrəmandır və bu, normaldır, əladır. O, Ukraynanın azadlığını qorumuş insanlardan biridir» - deyə, şoumen qeyd edib.

Ancaq Zelenski bu fikirdə olduğunu bildirib ki, çoxsaylı küçə və körpülərin onun adı ilə adlandırılması «heç də düzgün deyil».

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar