Rusiya NATO-nun Şərqdə əsgər rotasiyalarına cavab verəcək

Moskva bildirir ki, NATO şərqdəki NATO üzvlərində mütəmadi qoşun rotasiyasına başlasa, buna cavab veriləcək.  Rusiyanın NATO-dakı daimi nümayəndəsi avqustun 27-də tvitterdə yazıb ki, Rusiyanın reaksiyası «təhlükəsizliyin təminatı məqsədilə» atılacaq.

NATO-nun baş katibi Anders Fogh Rasmussen bildirib ki, NATO şərq üzvlərində əsgərlərin rotasiyasına başlayacaq. Onun sözlərinə görə, bu rotasiya «yüksək tezliklə» aparılacaq ki, «potensial təcavüzkar» NATO üzvünə hücumun bütün alyansa qarşı olduğunu anlasın.

NATO üzvü olan Polşa və üç Baltik ölkəsi Rusiyanın Ukraynaya müdaxiləsindən sonra alyansdan daha çox hərbi iştirak istəyib.  /AzadlıqRadiosu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar