ƏN ÇOX NÖQSAN AŞKAR EDİLƏN ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ - Adlar açıqlandı

Hesablama Palatası ötən il həyata keçirdiyi nəzarət tədbirlər nəticəsində ən çox nöqsan aşkar etdiyi ali təhsil müəssisələrinin adlarını və onların yol verdikləri nöqsanların mahiyyətini açıqlayıb.

Bunlar Azərbaycan Tibb Universiteti (ATU), Bədən Tərbiyəsi və İdman Akademiyası (BTİA) və Bakı Slavyan Universitetidir (BSU).

Bu təhsil ocaqları 2018-ci ilə büdcə qanunvericiliyini müvafiq olaraq 7, 6 və 5 dəfə pozublar.

Belə ki, dövlət satınalmaları ilə bağlı nöqsanlara isə ATU-da 3, BTİA-da 5, BSU-da isə 6 dəfə rast gəlinib. Həmçinin mühasibat uçotu və hesabatlılıq ilə bağlı ATU 4, akademiya 4, BSU isə 6 nöqsana yol verib.

Bundan başqa, qeyd olunan dövrdə ATU-da əsaslı qoyuluşlar üzrə nöqsanlar 2, dövlət əmlakının istifadəsi ilə bağlı nöqsanlar 1, vergi və gömrük qanunvericiliyinin pozulması isə 2 dəfə baş verib.

BTİA-nın büdcədənkənar fond, sosial təminat və sosial müdafiə ilə bağlı fəaliyyətində də 1 nöqsan qeydə alınıb.

Ümumilikdə, bu ali təhsil müəssisələrində il ərzində baş vermiş nöqsanların yekun sayı müvafiq olaraq 19, 16 və 17-dir. /“Report”

635x100

Şərhlər

Fikrət Hacıyev 2019-04-19 10:15:16

Heydər Əliyevin təşəbbüsü ilə MEİ-nin elektron texnikası fakültəsinə qəbul olunmuş, oranı fərqlənmə diplomu ilə bitirmiş, adı Heydər Əliyevin çıxışlarına düşmüş, Xocalı soyqırımından sonra könüllü Milli Orduya gedən tək GDU əməkdaşını işdən qovmağa çalışan rektora qarşı petisiya yaxmışam və bu petisiyanı artıq 1241 nəfər imzalayıb. Mən işdən qalmamaq şərti ilə 19 sutkalıq aclıq aksiyası da keçirdim, amma heç kim bir reaksiya vermədi. Təhsilimizi məhv edən rektorları vəzifədən uzaqlaşdırmaq lazımdır.

İlyas 2019-04-19 10:15:16

Nə olsun? Bəs nə ölçü götürülüb? Hansı rektor işdən uzaqlaşdırılıb? Bu Hesablam Palatası nəyə gərəkir? Onların hansı yoxlaması nəticə verir ki?Bi Palata da pul tələsinə çevrilib.

məlumat üçün 2019-04-19 10:15:16

Cənab Nazir, bütün məktəblər o cündədir, o cümlədən Şəki 1 - saylı Peşə məktəbi. Məktəbin direktru Mircavad Abbasov Peşə məktəbini Bazara döndəribdir, onun iş fəaliyyətinə nəzarət edən yoxdur...Onun əməllərində korrupsiya hökm sürür, gündə bir maşın dəyişir.. Dərslər günün tələblərinə cavab vermir, şagirdlərə peşə öyrədilmir, çünki hamısı qiyabi təhsil alırlar ? Təhsil nazirliyinin rəhbər işçiləri tərəfindən reyd keçirilsə, çox mətləbin üstü açılar...?

Son yazılar