ABŞ səfiri Rusiyanı Ukraynada döyüş aparmaqda günahlandırdı

"Rusiya Donetskdə Hava Hücumundan Müdafiənin ən yeni sistemlərindən istifadə edir". ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ-ın Ukraynadakı səfiri Ceffri Payet qeyd edib.

O bildirib ki, Ukraynadakı hərbi əməliyyatlarda xeyli sayda Rusiya qoşunu iştirak edir. ABŞ-ın Ukraynadakı səfirinin sözlərinə görə, Rusiya tərəfi Ukraynanın şərqində "Qrad"lar, "Pansir-S1" və digər müasir hərbi texnikalardan istifadə edir.

Qeyd edək ki, bir müddət öncə Rusiyanın Krıma qurudan yol açmaq üçün müharibəyə başladığı ilə bağlı xəbərlər yayılıb. Rusiya qoşunları cənub-şərqi Ukraynaya soxulub. Bunu "Nyu-York Tayms" qəzetinin müxbiri Endryu Kreymer bildirib.

Rusiya tankları, artilleriya və piyadalardan ibarət qoşunların Ukraynaya sərhədinə tərəf irəliləməsi Ukrayna hərbçilərinin Novoazovskda geri çəkilməsinə səbəb olub.

Bəzi Qərb rəsmilərinin fikrinə görə, Rusiyanın Ukraynanın cənub-şərqinə hücumu rusların strategiyasının tərkib hissəsidir. İddialara görə, ruslar Krıma qurudan yol açmağa cəhd edirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar