“Partizan”ı Bakıda şoka salan hadisə - Foto

Avroliqanın pley-off mərhələsi çərçivəsində bu gün "Neftçi" ilə qarşılaşacaq "Partizan" oyunöncəsi son məşqinə çıxıb.

İdmanxeber.com xəbər verir ki, Serbiya klubu məşqə çıxar-çıxmaz sürprizlə qarşılaşıb.

Belə ki, paytaxt klubunun 150-ə yaxın fanatı Belqrad təmsilçisini öncə fitə basıb, daha sonra "butulkaya qonaq" edib. Azarkeşlər "Partizan" əleyhinə müxtəlif şüarlar səsləndiriblər.

Məşqi izləyən UEFA nümayəndəsi isə baş verən olayları telefonunun yaddaşına həkk edib.

Bundan əlavə, "Partizan" klubunun mətbuat xidmətinin rəhbəri də UEFA nümayəndəsinə, eləcə də paytaxt klubunun rəsmilərinə etirazını bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar