Avtomobil istehsalında 2 rəsmi qurumdan fərqli rəqəmlər

Neftçala Sənaye Məhəlləsindəki avtomobil zavodunda 2018-ci ildə 1000-dən çox, bu ilin birinci rübündə isə 360 avtomobil istehsal edilib və satılıb.

Bu, İqtisadiyyat Nazirliyindən bildirilib.

İqtisadiyyat Nazirliyinin açıqladığı rəqəm Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmdən yüksəkdir. Dövlət Statistika Komitəsinin aylıq hesabatına görə, 2019-cu ilin yanvar - mart aylarında (1-ci rübdə) Azərbaycanda 283 ədəd minik avtomobili istehsal edilib (yığılıb). 01.04.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 189 ədəd təşkil edib.

Qeyd edək ki, Azərbaycanda Neftçala Avtomobl Zavodu ilə bərabər Naxçıvan Avtomobil Zavodu da fəaliyyət göstərir. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmə Naxçıvan Avtomobil Zavodunun da istehsal etdiyi avtomobillər daxildir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda 969 ədəd minik avtomobili yığılmışdır. Amma İqtisadiyyat Nazirliyi 2018-ci ildə 1000-dən çox avtomobil istehsal edildiyini açıqlayıb. /"Marja"

635x100

Şərhlər

aysberq 2019-04-19 12:23:24

Nazir Şahin Bürcəliyevin yadından çıxıb ki, "Zırıltı Sənaye Parkının Dambadurum Avtomobil zavodu"nda cəmi 180 dənə bolt bağlanıb. Bir də axı o yazığı qınamalı deyil axı. Onlar həmişə 1 üstünə 3 qoyurlar. Bu hələ insafnan gopa basır!!!

Али 2019-04-19 12:23:24

Ay hörmətli nazirimiziz və iş adamlarımız! Bütün detalları xaricdən gəlməklə yığılma istehsalın ən primitiv formasıdır. Hətta Özbəkistan belə belə investisiyalarda "lokallaşma" tələbi qarşıya qoyur. Yəni plan təqdim edin ki, bu məhsuldə istifadə edilən detalların özü tədricə yerli müəssisələr tərəfindən istehsal olunsunn. Məsələn, ghələn il 5%, o buiri il 10, sonra 15, 20 və daha çox olmaqla nəhayət 100%. Neçə ildir Naxçıvanda yerli istehsal olan 1 vint belə istifadə edilmir.

Son yazılar