Bakıda dənizdən qadın meyiti tapılıb - Foto

Aprelin 17-si Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində dənizdən üzərində zorakılıq əlamətləri olmayan 25-35 yaşlarında naməlum qadın meyiti tapılıb.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, meyitin xarakterik əlamətlərinə gəlincə, boyu 159-santimetr, orta bədən quruluşlu, saçlarının rəngi qaradır.

Ağız boşluğunda alt və üst çənəsinin hər birində 4 ədəd sarı metaldan hazırlanan dişləri var. Meyit tapılan zaman əynində idman üslübunda tikilən qara şalvar, qara uzunboğaz yün köynək, ayağında qırmızı rəngli ayaqqabı olub.

Şəxsiyyəti məlum olmayan şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzinə, Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinə (012) 433-38-02, (012) 433-38-12, həmçinin 050-200-58-08 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar