"FÖVQƏLADƏ"NİN İDARƏ RƏİSİNDƏN PREZİDENTƏ ŞOK MÜRACİƏT - Generallara dəhşət saçan ittihamlar! (FOTO)

"Polkovnik mənə söylədi ki, bu adam xarici ölkə vətəndaşıdır, dövlətimizin əleyhinə çıxdığına görə Ulu Öndər tərəfindən Azərbaycandan qovulmuşdur"

Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi-Texniki Təchizat İdarəsinin və Su Ehtiyatları Dövlət Agentliyinin rəisi vəzifələrində çalışmış, hazırda da sənəd üzərində (!) FHN-də yüksək vəzifə tutan, nazir Kəmaləddin Heydərovun yaxın dostu olmuş Muradov Raqif Murad oğlu “AzPolitika.info” saytının redaksiyasına gələrək, Prezident İlham Əliyevə ünvanlanmış müraciətini təqdim edib və çox ciddi, hətta dəhşət doğuran iddialarla çıxış edib. 

Çox əhəmiyyətli vəzifələrdə çalışmış, mühüm məlumatlara malik olan Rafiq Muradovun sözün əsl mənasında şok təsiri yaradan açıqlamalarını hələlik bir kənara qoyub, onun Prezident İlham Əliyevə müraciətini heç bir şərh vermədən, olduğu kimi dərc edirik:

"Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Heydər oğlu Əliyev cənablarına

Ulu Öndərin 1998-ci ildə seçki qərargahının üzvü olmuş, uzun illər dövlət qulluğunda çalışan, dəfələrlə işində fərqləndiyinə görə fəxri fərmanla, Prezidentin “Dövlət Qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş, dövlət qulluğunda baş dövlət müşaviri Muradov Raqif Murad oğlu tərəfindən

Müraciət

Cənab Prezident, son illərdə Sizin sosial, iqtisadi, məhkəmə-hüquq sistemində apardığınız islahatlar Azərbaycan xalqı tərəfindən çox müsbət qarşılanır. Bu islahatlar bütün sferaları əks etdirdiyinə görə cəmiyyətdə canlanma müşahidə olunur və müstəqil Azərbaycan dövlətinin daha da güclənməsi və xalqın rifahının daha da yaxşılaşdırılmasına xidmət edir.

Dövlət qulluğunda uzun illər işləyən təcrübəli bir mütəxəssis kimi Sizə çatdırmağı özümə borc bilirəm ki, dövlətdə işləyən bütün məmurların iş fəaliyyətinin təmin edilməsi və işlərin icrası üçün kifayət qədər istinad edilməli qanunlar toplusu, Prezidentin və Nazirlər Kabinetinin sərəncam və qərarları var. Hər bir məmur bu normativ hüquqi sənədlərin icrasına tam əməl etmək ve sərəncamların icrasının təmin edilməsi üçün həddini aşmadan hər bir işə məsuliyyətlə yanaşması çox vacibdir.

Cənab Prezident, Sizin məhdud vaxtınızı aldığıma görə üzr istəyərək, yüksək ranqlı bəzi məmurların dövlətimizin adına yaraşmayan əməllərini Sizə çatdırmaq məcburiyyətindəyəm. Çox təəsüf edirəm ki, mənim bütün cəhdlərimə baxmayaraq, mətbuat vasitəsilə müraciət etməkdən başqa yolum qalmamışdır.

"Polkovnik mənə söylədi ki, bu adam dövlətimizin və müstəqilliyimizin əleyhinə çıxdığına görə..."

Cənab Prezident, mən son 15 ildir ki, Fövqəladə Hallar Nazirliyində rəis müavini, idarə rəisi, dövlət agentliyinin rəisi vəzifələrində çalışmışam. Su Ehtiyatları Dövlət Agentliyinin rəisi vəzifəsində işləyərkən nazirin razılığı ilə agentliyin nəzdində təsərrüfat hesablı bir müəssisə açdıq. Nazirlikdən həmin müəssisəyə bir nəfər rəhbər göndərildi. İki il ərzində bankdan götürdüyümüz kredit hesabına 3.100.000 ədəd 67 çeşiddə dekorativ ağac yetişdirdik və təxminən ağacların beş faiz satışı ilə bank borclarını ödədik.

Təsadüfən həmin müəssisənin rəhbəri ilə bir məclisdə olarkən şəxsən tanıdığım xüsusi xidmət orqanlarında çalışmış ehtiyatda olan bir polkovnik məni bu adamla gördükdən sonra onu haradan tanıdığımı soruşdu. Mən həmin adamın bizimlə işlədiyi haqqında məlumat verdim. Polkovnik mənə söylədi ki, bu adam xarici ölkə vətəndaşıdır, dövlətimizin və müstəqilliyimizin əleyhinə çıxdığına (hara işlədiyi barədə məlumat verdi) görə Ulu Öndər tərəfindən Azərbaycandan qovulmuşdur və onun ölkəyə girişinə qəti qadağa qoyulmuşdur. Əlavə olaraq bildirdi ki, bu məsələyə ciddi yanaş və mənim dediklərimi dərhal və tam olaraq rəhbərliyinizə çatdır.

Mən aldığım bu informasiyanı dəqiqləşdirmək üçün həmin adamın özü ilə söhbət etdim. O, etiraf etdi ki, bəli, mənim səhvlərim olub, nəticədə atamı, qardaşımı itirmişəm, illər boyu Azərbaycandan didərgin düşmüşəm. Mən günahlarımın cəzasını çəkmişəm. Mən həmin adama söylədim ki, bu informasiyanı mən nazirə məruzə etməliyəm. O, xahiş etdi ki, mənə bir gün vaxt ver, mən bütün məsələləri nazirə özüm məruzə edim. Bir gün sonra mənə bildirdi ki, nazirlə görüşüm alınmadı (bu haqda dəqiq məlumatım yoxdur).

"Nazirlə görüşmək imkanlarım tam məhdudlaşdırıldı"

Mən, məcbur olub nazirin qəbuluna getdim. Lakin nazirin qəbuluna düşə bilmədim və bütün bu informasiyanı nazir müavininə (Birinci müavin Rafail Mirzəyev nəzərdə tutulur-Red.) məruzə etdim.

Bu hadisədən sonra, tez-tez görüşmək imkanım olan nazirlə görüşmək imkanlarım tam məhdudlaşdırıldı və artıq 5 ildir ki, nazirlə görüşə bilmirəm. Bütün bunlardan sonra özümün və ailə üzvlərimin faciəli günləri başladı. Həmin adama təcili olaraq ikili vətəndaşlıq verildi və o, Azərbaycan dövlət pasportu ilə təmin edildi. Sonradan agentliyin tabeçiliyində olan və həmin adamın rəhbərliyi altında fəaliyyət göstərən MMC-də maliyyə nöqsanlarına yol verildiyinə əsaslanaraq (Bu, böyük şər oyununun başlanğıcı idi) onu MMC rəisliyindən azad edib, dövlət qulluğuna işə götürərək, mənim yerimə agentliyin rəisi təyin etdilər (hansı qanun və ya hansı məntiqlə?).

Mən, Azərbaycan Respublikasının “Dövlət qulluğu” və “Korrupsiya Haqqında” qanunlarına zidd olaraq, başqa ölkə vətəndaşının dövlət qulluğuna götürülməsinin əleyhinə çıxış etdim və ölkənin ən ciddi strateji obyektlərinə nəzarətin xarici ölkə vətəndaşına həvalə edilməsinin yolverilməz olduğunu bildirdim. Bu etirazımdan sonra məni nazirlikdə idarə rəisi vəzifəsinə təyin etdilər və söylədilər ki, işə çıxmaya bilərsən, lakin əmək haqqını alacaqsan.

"Nazir müavini bildirdi ki, sifarişi mən vermişəm və bu bir səhv idi"

Bu hadisədən sonra bu məlumatı mən digər nazir müavinlərinə və baş idarə rəislərinə çatdırdım. Cavab bir oldu: "Biz heç nə edə bilmərik, çalış nazirlə görüş". Nəticədə bir il evdə oturaraq əmək haqqımı aldım və yenidən bu məsələnin ciddi olduğunu nazirlikdə xatırlatdım. Nəticədə məni şəhərdə, küçədən götürdülər və 15 gün gizli olaraq hüquq-mühafizə orqanlarının zirzəmisində saxladılar. Bu məsələ haqqında danışmamağı tövsiyə etdilər. Mən oradan azad edildikdən sonra yenidən nazir müavini ilə görüşdüm və ona bildirdim ki, bu artıq dövləti reketçilikdir. O, bildirdi ki, sifarişi mən vermişəm və bu bir səhv idi. Hər şeyi yaddan çıxaraq.

Bir neçə ay keçdikdən sonra bankda işləyən oğlumu artıq ləğv olunmuş MTN-in əməkdaşları iş yerindən apardılar və məni MTN-ə dəvət etdilər. Müəyyən danışıqlardan sonra oğlumu azad buraxdılar və "bütün məsələlərin həllini öz nazirliyində axtar” - deyə, mənə xəbərdarlıq etdilər.

"Son məlumat bu oldu ki, nazir məni qəbul etmək istəmir"

Beş ildən artıqdır ki, mən işə çıxmıram və bu 5 ildə bir il əmək haqqım verilib, 4 ili isə verilməyib. Bu müddət ərzində dəfələrlə müraciət etsəm də məni işdən azad etməyiblər. İki ay əvvəl məni nazirliyin kadrlar idarəsinə dəvət etdilər və işdən çıxmağım haqqında ərizə istədilər. Mən bütün məsələləri kadrlar idarəsinin rəisinə çatdırdım və bildirdim ki, sizin də səhlənkarlığınız nəticəsində xarici ölkə vətəndaşı dövlət qulluğuna işə götürülüb. Mənə bildirildi ki, narahat olma, sənin nazirlə görüşünü təşkil edəcəyik. Ancaq son məlumat bu oldu ki, nazir məni qəbul etmək istəmir.

Cənab Prezident, Sizə böyük umidlərlə müraciət edərək bu məsələlərin araşdırılması, haqq və ədalətin bərpa olunması naminə göstəriş verməyinizi xahiş edirəm. Üzr istəyərək təkrar bildirmək istəyirəm ki, bu məsələləri mətbuat vasitəsilə çatdırmaq düzgün olmadığını bilirəm, lakin mənim başqa imkanlarım artıq tükənib.

Cənab Prezident, bütün bu məsələlər haqqında daha ətraflı məruzə etmək üçün məni qəbul etməyinizi xahiş edirəm.

Həmçinin, çox xahiş edirəm ki, mənim özümün və ailə üzvlərimin təqib və basqı altında olmasını nəzərə alaraq, ailəmizin təhlükəsizliyinin nəzarətə götürülməsinə göstəriş verəsiniz".

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

lerikden Mehhemmmed Qasan emi 2019-04-19 17:19:25

Heyderov bacariqli ve tewkilatci olub... amma tessuf ki,hem komrukde ve hemde Tikinti sahesinde ruwvetin ve korrupsiya ,,ciceklenmdi,,.... meselen Niyazi Babawov adli wexs oturtmuwdu 28 mayda Tikintiye Nezretde pul yiqirdi ve s

Münəccim 2019-04-19 17:19:25

Tək-tək adamları dəyişməklə sistem düzələn deyil.Çürümüş,bitmiş bir sistem kadrları ilə bərabər dəyişməlidir.Çünki bunlarıniçərisində başdan-ayağa qədər çirkaba bulaşmayanı yoxdur.Bu sistemin,nəzarətsizliyin,regionçuluğun.qohumbazlığın mənfi nəticələridir.Belə sistemlə ölkənin gələcəyi qaranlıqdır.Bunu həm Qarabağ məsələsində.həm sosial məsəələrdə ,həm xarici siyasətdə və həm də iqtisadi sahədək aydın görmək olur.Ona görə bir doğru istiqamət götürülməli və bu istiqamətdə mütəşəkkil iş aparılmalıdır.

Vüsalə 2019-04-19 17:19:25

Axırımız hara gedir bilmirik, Allah özü kömək olsun xalqımıza. Hərə bir tərəfdən dövlətdə qarşıdırma yaratmaqla məşquldur. Belə bir zamnda biz dövləti sevənlər bir olmalıyıq ki, Refail kimi Korrupsiya və moxinasiya girdabında boğulan məmurlarla mübarizə aparmaq gücündə olaq. Və cəmmiyyətimizi, dövlətimizi xilas edək

Vusale 2019-04-19 17:19:25

Yaxşıki, belə sayıtlar var, bəzi xəyanətkar, dövlətə xəyanət edən məmurların iç üzünü açıb ictimaiətə bəyan edirsiniz. Cəzasını çəkməlidir bunlar, əminik ki çəkəcəkdə

Geber 2019-04-19 17:19:25

Bizlərin beyin düşüncə tərzlərini öyrənən qərb mütəxəsissləri yəqinliklə işsiz qaliblar. Labaratoriya ya bağlanib ya da ğözətciyə tapşirilib . 30 ildə eyni ştrixkodlu düşüncə ilə biri birimizlə eyni məqsəd və prinsiplərlə mübarizədəyik , qaliblə məğlub arasinda mənasizliqda fərqdə yoxdur. Üşaqlarimiz da belə olacaq . Qoqoldan sitat :bəzən cəmiyyət 300 il eyni mənasizliqla qara kosmik deşiklərdən yaxa qurtara bilmir . Əlavəm belədir : birisi ğəlsin ölülərin ruhunu satin alsin dirilər qurtarsin .

Moshu 2019-04-19 17:19:25

Rafiq Muradov qeyd edir ki, "nəticədə bir il evdə oturaraq əmək haqqımı aldım və yenidən bu məsələnin ciddi olduğunu nazirlikdə xatırlatdım". İşləmədən bir il evdə oturub maaş almaq nə deməkdirı? ....Demişəm, deyəcəyəm də. Elə bil ki, cəmiyyətimiz ətalətlə hərəkət edir, belə gedişlə haraya qədər gedəcəyik? .....Nə isə deyiləsi, çözüləsi o qədər problemlər var ki, yaşayışımız, dolanışığımız özü problemə çevrilib

Moshu 2019-04-19 17:19:25

Çox hörmətli Azpolitika, maşallah, yazını elə sünnət edirsiniz ki, sonra adam öz yazısını oxuyanda, yazdığından adamın zəhləsi gedir. Ən azından heç olmasa mahiyyət itməsin.

antiAbu 2019-04-19 17:19:25

Hörmətli Raqif müəllim! Azərbaycanda vergi, gömrük, sosial təminat sistemlərini yaratmış, kifayət qədər savadlı, Heydər Əliyevə ən sadiq olan şəxsin – Kəmaləddin Heydərovun, Heydər Əliyevin qovduğu və vətəndaşlığı olmayan şəxsi işə götürməsi inandırıcı deyil! Bu başqa bir qüvvənin göstərişi ilə baş verə bilər. Əgər Siz nazirin qəbuluna getmisinizsə və o, əvvəldən hansı məsələ ilə gəldiyinizi bilib, Sizi qəbul etmirsə, bu odeməkdir ki, bu məsələ onluq deyil. Hamıya məlumdur ki, hazırda vaxtıilə Heydər Əliyevin ünvanına nəlayiq sözlər demiş, ona qarşı olmuş şəxsləri vəzifələrə təyin edirlər. Məsələn, vəzifəyə təyin edilənə kimi, 1993-1995-ci illərdə Fizika İnstitutunun Kriogen Korpusunda Heydər Əliyevin ünvanına nəlayiq sözlər demiş şəxs, indi Baş nazirin müavinidir. Şəxsi təcrübəmə əsasən deyirəm ki, ərizənizi yazın işdən çıxın və Azərbaycanı tərk edin. Əks halda maddə ilə Sizi işdən çıxaracaqlar, sonra üzünüzə beş nəfər şərəfsizi durquzub, əleyhinizə qərar çıxaracaqlar. Töhmətinizin olmamasına çox güvənməyim. Mənim dövlət qulluqçusu olduğum dövrdə töhmətim olmayıb və işdən azad edilməmişdən bir həftə əvvəl yaxşı işlədiyim üçün, pul mükafatı almışam. Beş şərəfsizi üzümə durquzub, mənim əleyhimə məhkəmə qərarı çıxartdılar və işə mahiyyəti üzrə baxmağa imkan vermədilər. Prezidentə müraciətlərə də çox ümid bəsləməyin! Prezidentə 2030 məktub yazmışam, bu məktubların birinə də cavab verməyiblər. Onun-bunun sözünə qulaq asıb, haqq axtarmaq fikrunə düşsəniz, tanımadığınız adamlar üstünüzə daima hücum çəkəcək, daima Sizi təhqir edəcəklər, övladlarınız ev dustağı olacaq. Tək-tənha həyat sürəcəksiniz. Daima məişət zəminində Sizi həbs etməyə çalışacaqlar. Ekstasenslər vasitəsi ilə ailənizi dağıtmağa və özünüzə xəsarət yetirməyə çalışacaqlar. Səkkiz ildir mən, bu həyatı yaşayıram. Sizi çoxları qızışdıracaq ki, mübarizə apar, haqq-ədalət zəfər çalacaq. Qulaq asmayın! Haqq ədalət hind kinolarında zəfər çalır, o da həmişə yox, hərdən. Ərizənizi yazın və Azərbaycanı tərk edin! Bu mənim başıma gətirilmiş oyunlar əsasında Sizə verdiyim məsləhətdir.

vidadi goyce 2019-04-19 17:19:25

fhn metamorfoza

Mutellim 2019-04-19 17:19:25

Cenab Prezidentimiz mutleq bu ozbashinaliqlarin aradan qaldirilmasina bir encam ceker deye dushunurem

Qurban 2019-04-19 17:19:25

Cenab prezidentin bu meseleye diqqet yetirmesi ve dövlet üçün lazım olan şexslerin işle temin olunması vacibdir.

Qüdrət 2019-04-19 17:19:25

Hormətli Azpolitika saytin rəhbəri mən əinəm ki,Azərbaycan xalı sizə dərin minnətdarlıq bildirir.İnanin ki,korrupsiya hər yanıbaş alıb gedir.Elə korrupsionerlər var ki.onlar hədə-qorxu ilə at oynadırlar.Szidən xahis edirəm ki,belə biyabırçılıqları gündəmdə genişləndiri.Qoy millət oxusun.Onu deyə bilərəm ki,nə qədər FHN-də Kamaleddin və digər qurumlarda ona bənzərləri varsa bir o qədər də vətənimiz əziyyət çəkəcək.Millət acından qırılır.bunlar isə qudurub kef çəkirlər

Sahib 2019-04-19 17:19:25

Sag olsun AzPolitikanı ki, heç olmasa darda olanlara söz deməyə imkan yaradır.Bu əslində dövlətə də elə hakimiyyətə də lazımdır.

EJDER 2019-04-19 17:19:25

BU ANALOQU OLMAYAN HOKUMETIN ANALOQU OLMAYAN INKIWAFININ VE IDAREEDILMESININ ACI NETICELERIDI...HARAM PULLARDI,QIRIN ...QUSARSIZ.KITAYSKI QENERAL IMDAD ISTEYIR,EVDE OTURA OTURA MAAW ALIB.BRAVO.MESULIYYET KIMIN USTUNE DUWUR...

Cəbrayıl 2019-04-19 17:19:25

Cənab Prezident, xahiş edirik, bu insanlar barədə təcili tədbir görülsün, sonra gec ola bilər....

Yengibar 2019-04-19 17:19:25

Sən demə "o əjdahalardan" bizdə də var imiş, özü də sürü ilə...

NURəddin 2019-04-19 17:19:25

ADAM SÖZÜNÜ 5 İLDƏN SONRA DEDİYİNƏ GÖRƏ ONUN MÜRACİƏTİNƏ DƏ 5 İLDƏN SONRA CAVAB VERİLSƏ ƏDALƏTLİ OLAR. İndiyə kimi susub, şpiyon da bildiyini edib.Miilətin məmurlarına bax....Xalqını sevən belə məsələləri vaxtında ictimailəşdirir....

AYRİM 2019-04-19 17:19:25

Mətbuat hec ndən dorduncü hakimiyyət adlanmir ki ya? Təbi sax olsunlar jurnalistlər hər an belə bir qanunpozuntularından yazıb onu isiqlandırırlar. Bu da olmasa yanarıq vallah abi yanarıq...

Vəli 2019-04-19 17:19:25

Zərdabın icra başçısı Lütvəli Babayev Prezidentə şikayət etmək istəyənlərə lag edərək deyir ki,"Nə qədər yazırsınızsa yazın. O yaşadıgı tərəfdə poçt şöbəsi yoxdur və məktublar yenə mənə qayıdacaq.Mən də cırıb atacam zibil qabına"Zərdablılar adında Azərpoçtdan xahiş edirik ki, Prezidentimiz İlham Əliyevin iqamətgahı tərəfdə bir poçt qutusu qoysunlar.

Türk oğlu türk 2019-04-19 17:19:25

Mən əminəmki Cənab Prezident bu məsələyə aydınlıq gətirəcək. belə insanların qədrini bilmək lazımdır. Vətəninə millətinə dövlətinə sadiq insanların dəyərini bilmək lazımdır

XİDMƏTDƏN 2019-04-19 17:19:25

AYƏ NİYƏ ÖZÜNƏ ƏZİYYƏT VERİRSƏN.... BİR VAXTLAR ANA VƏTƏN PARTİYASININ ƏSAS LAKAMATİVLƏRİNDƏN İDİN. FƏZAİL AĞAMALIYEVƏ DE SƏNİ GÖTÜRSÜN ZAHİD ORUCUN YERİNƏ MƏSƏLƏ DƏ HƏLL OLUNSUN VƏSSALAM.......

Bozqurd 2019-04-19 17:19:25

Demeli hele de olkede vetenini milletini ve dovletinin tehlukesizliyini dusunen ve bunun namine oz isinden olmagi ve teqiblerle uzlesmeyi bele goze alan insanlar var. Cenab Prezidentimizin bu muraciete reaksiya vereceyine eminem.

Moshu 2019-04-19 17:19:25

Hər hansı yüngül xəstəliyin qarşısı alınmayanda o böyüyüb çarəsi tapılmayan bir bəlaya çevrilir, ondan sonra dünyanın huri mələkləri də gəlsə onun əlacı olmur. Saytda gedən mövzular ölkədə yetərincədir. Odur ki, bunların vaxtında qarşısı alınmasa nəticə katastrofik həddə çatacaq. Heç nədən ehtiyatlanmaq lazım deyil, bütün nazirlər, komitə sədrləri rotasiya qaydasında dəyişdirilməlidir, yerdəyişmələrlə kifayətlənməməlidir. Əli əyri icra başçısı, polis rəisi bu yolun sahibidirsə, onu hansı rayona dəyişdirirsən dəyişdir bununla məsəllə həll olunmur. Özümüz problemi yaradırıq sonra onun həlli ilə məşğul oluruq. Ruslar demiçkən “спасение утопающих дело рук самих утопащих»

Azerbaycanli 2019-04-19 17:19:25

Bunlari ishe goturende yoxlatlmirlsr ki hansi milleytdendi ozude FHN su ehtiyyatlarina butun Azerbaycanin suyu bunun elimdedi ki biabirciliq Allah cenab prezidentimizi qorusun bunlardan sadiq adam tapmaq cox cetindir

Son yazılar