İstanbulda iki casus tutulub

Türkiyənin İstanbul şəhərində Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) iki agenti tutulub.

“Report” “Sabah”a istinadən xəbər verir ki, məlumatı “Reuters” yayıb.

Bildirilib ki, onlardan birinin jurnalist Camal Qaşıqçının qətli ilə əlaqəsinin olduğu ehtimal edilir.

Qeyd edək ki, tanınmış müxalifətçi ərəb jurnalist, “Washington Post” qəzetinin müxbiri C.Qaşıqçı 2018-ci il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb və meyiti indiyədək tapılmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar