“Sinif yoldaşımı bıçaqlamışdım” - Fəzail Ağamalı

"Mən ən sərt sistemin dövründə orta məktəbdə oxumuşam. Tam məsuliyyətlə deyirəm, dəcəl olduğum üçün danlanmışam. Hətta məktəbdən 10 günlük uzaqlaşdırılmışam”.

"AzPolitika" xəbər verir ki, bunu deputat Fəzail Ağamalı azvision.az saytına açıqlamasında deyib. Deputat bildirib ki, sinif yoldaşıyla dalaşıb, ona gücü çatmadığı üçün bud nahiyəsinə bıçaqla xəsarət yetirib: “Rəhmətlik babam təkid etdi ki, uşaq məktəbə qaytarılmalıdır. Dedi, mənim uşağımı döyüblər, heç kim aralamayıb, o da məcbur olub bıçaqdan istifadə edib. Ancaq heç zaman valideynlərim və ya müəllimlərim dərsə görə məni cəzalandırmayıblar. Bir dəfə qardaşımı müdafiə edib özümdən böyük bir oğlanı döymüşdüm. Məni atama şikayət etmişdilər. Atam da məni cəzalandırmışdı. Yalnız onda atamı 3-4 gün danışdırmamışam”.

635x100

Şərhlər

oxucu 2019-04-19 16:26:46

bu da bizim deputat.adam bıçaqlamışam ,hünər etmisən.nə əcəb Hüseyn Abdullayevi bıçaqlamadın.ay yazıq millət gör deputatın kimlərdir.hələ bunların danışmamağı məsləhətdir.

Mehdi 2019-04-19 16:26:46

Yalan danisir.Ondan adam bicaqlayan olar.Helbet yuxuda bicaqlayib,ayilanda deyibki ele bele danisacaqam desinler mende adam zad vura bilirem.Adam bicaqlayib yox bir.

Son yazılar