"Artıq hakimiyyətdən doymuşam..." - Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkə konstitusiyasında dəyişikliklər olacağını, bunun hakimiyyətin bütün qollarının səlahiyyətlərini balanslaşdıracağını elan edib.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

"Bu, o demək deyil ki, biz Lukaşenkonun guya gedib, əslində hakimiyyətdə qaldığı sistem yaratmağa cəhd göstərəcəyik. Mən ölkənin gələcəyi barədə düşünürəm, öz hakimiyyətim barədə yox. Artıq hakimiyyətdən doymuşam", - A.Lukaşenko Belarus xalqına və parlamentinə illik müraciətində deyib.

Onun sözlərinə görə, Belarus artıq güclü icraedici hakimiyyətin tələb olunduğu mərhələni arxada qoyub və artıq ölkə Konstitusiyasında dəyişikliklər edib digər strukturlara və hakimiyyət qollarına səlahiyyət vermək lazımdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar