UNEC alimlərinin dünya elminə töhfəsi - FOTO
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov, UNEC-in İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitunun direktoru, professor Yadulla Həsənli və UNEC Biznes Məktəbinin direktoru, Harvard Universitetinin Davis Rusiya və Avroasiya Araşdırmalar Mərkəzində (Beyin Mərkəzində) oktyabr, 2017- sentyabr, 2018-ci il tarixində dəvətli tədqiqatçı, dosent Nazim Hacıyevin “Neftin dünya bazar qiyməti: təsir edən amillər və proqnozlaşdırma (“World Market Price of Oil: Impactıng Factors and Forecastıng (SpringerBriefs in Economics))” kitabı dünyanın tanınmış nəşriyyat evi və Elmi nəşrlərin Sosial-iqtisad və Təbiət Elmləri (SENSE) sahəsində resenziyalı yüksək kateqoriyalı Springer nəşriyyatı tərəfindən çap edilib.
Kitabda qlobal iqtisadiyyatda baş verən yeni tendensiyalar və çağırışlar fonunda mühüm strateji əhəmiyyət daşıyan xam neftin dünya bazarlarında qiymətinə təsir edən amillər, 2020-ilə qədər neftin dünya bazar qiyməti və ilk dəfə olaraq Azərbaycan neftinin (AzərLayt) dünya bazar qiymətinin orta və uzunmüddətli dövr üçün elmi və praktik baxımdan əsaslandırılmış proqnozlaşdırmağa imkan verən ekonometrik (ARIMA, Trend və Hibrit) modelləri qurulub.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.