“Azərbaycan Sənaye Sığorta”nın Direktorlar Şurasının sədri dəyişib

“Azərbaycan Sənaye Sığorta” ASC-nin (ASS) Direktorlar Şurasının sədri Uğur İbrahim Selçuk oğlu Çağlar vəzifəsindən azad edilib.

“Report” şirkətə istinadən xəbər verir ki, onu Doğan Niyazi oğlu Tandoğan əvəz edib.

O həm də ASS ilə birlikdə “Azərsun Holdinq” MMC-yə daxil olan “Azərbaycan Sənaye Bankı” ASC-nin İdarə Heyətinin sədridir.

Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb. Şirkət 1996-cı ildən sığorta bazarına daxil olmuş “Cİ Sığorta” MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 mln. manatdır. Şirkətin səhmlərinin 75%-i “Anadolu İnvestment Company” MMC-yə, 25%-i isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.

635x100

Şərhlər

Azər 2019-04-19 18:12:16

şilo na mılo!Buna da YAP-ca dəyişmə deyilir.

Son yazılar