Xanım teleaparıcı ağır yol qəzasın düşdü

Azərbaycanlı xanım teleaparıcı yol qəzasına düşüb.Milli.Az xəbər verir ki, teleaparıcı Vüsalə Əlizadə bu gün yol qəzasına düşüb. O, bu barədə öz səhifəsində bildirib.

Onun sözlərinə görə, hadisə səhər işə gedəndə baş verib: "Bu gün heç yaxşı başlamadı. İşə tələsirdim, taksi ilə gedirdim, "KamAZ" ilə toqquşduq. Hər iki tərəfə ciddi ziyan dəydi, min şükür ki, canımızı salamat qurtardıq.

Təşəkkürlər, Allahım, məni sevdiklərimə, balama bağışladın. Bircə məni bu narahat edir ki, bizim millət nə vaxt sürücülük, yol mədəniyyəti öyrənəcək? Deyəsən, heç vaxt!" - Vüsalə Əlizadə yazıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar