Azərbaycanda işçilər şirkəti taladılar

Ağsu rayonunda işlədikləri yerdən 200 metrdən çox dəmir borular oğurlamış tikinti şirkətinin işçiləri həbs ediliblər. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Ağsu rayon polis şöbəsi əməkdaşları tərəfindnə həyata keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 27-nə keçən gecə Hacısəmədli kəndinin ərazisindəki tikinti şirkətinə məxsus hər birinin uzunluğu 12 metr olan 17 ədəd dəmir boruları oğurlayan şəxslərin kimliyi məlum olub.

Məlum olub ki, oğurluğu törədən həmin şirkətdə işləyən Kürdəmir rayon sakini Dəyanət Soltanov və Qaraqoyunlu kənd sakini Əlvan Qurbanov saxlanılıblar.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar