“Mən sizin səhvlərinizin nəticəsiyəm” - Zelenski Poroşenkoya + VİDEO

Kiyevin “Olimpiyski” stadionunda prezidentliyə namizədlər Vladimir Zlenski ilə Pyotr Poroşenko arasında debat  başa çatıb. Müşahidəçilərin ümumi rəyinə görə, hazırkı prezident Pyitr Poroşenko istəyinə nail ola bilməyib.

Namizəd Vladimir Zelenski isə debatlardan dərhal sonra səhnədəcə həyat yoldaşı ilə öpüşərək, qələbəsini qeyd edib.

Virtualaz.org xəbər verir ki, debat başlayan kimi namizədlər bir-birinə xoşagəlməz suallar veriblər. Cavablar da kəskinliyi ilə fərqlənib.

Zelenski Poroşenkodan soruşub: “Necə olub ki, Ukrayna kimi kasıb ölkənin prezidenti tarix boyunca ən varlı prezident hesab olunur? Nəyə görə 2014-cü ildə Maydanda atəş açmış cnayperlər hələ də tapılmayıb? Nəyə görə 24 dənizçi Kerç boğazına göndərilmişdi?”

Cavab olaraq Poroşenko bildirib ki, Zelenskinin təcrübəsi yoxdur və ümumiyyətlə, o, heç orduda da xidmət etməyib. “Ölkəmizi lağa qoymayın”, - hazırkı prezident bildirib.

Zelenski daha sonra suallarını davam etdirib: “Mən sizin rəqibiniz deyiləm, sizə verilən hökməm. Nəyə görə hələ də Moskvada “Roşen” konfetləri satılır?”

Poroşenko: “Vladimirin dediyi bütün sözlər yalandır və həqiqəti əks etdirmir. O, torbada pişik deyil, torbanın özüdür, içinə pişikləri doldurublar”.

Zelenski: “Pişiklərə gəlincə. Torbada pişik olmaq, qoyun dərisi geymiş canavar olmaqdan yaxşıdır”.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar