"Neftçi" "Qarabağ"la arasındakı xal fərqini azaldıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulub.

"Report" xəbər verir ki, həftənin son oyununda "Sabah" "Neftçi"ni qəbul edib. Masazırdakı "Əlincə Arena"da baş tutan matç qonaqların qələbəsi ilə başa çatıb - 2:0.

Matçın 55-ci dəqiqəsində "Sabah"ın sağ cinah müdafiəçisi Məmmədov Novruz ikinci dəfə vərəqə görərək meydandan qovulduqdan sonra "Neftçi"nin heyətində Namik Ələsgərov dubl edib. O, 59-cu və 62-ci dəqiqələrdə fərqlənib.

Bu qələbədən sonra xalını 55-ə çatdıran "Neftçi" ən yaxın izləyicisi olduğu lider "Qarabağ"la aradakı xal fərqini 2-yə endirib. "Sabah" isə 26 xalla 5-ci pillədə qalıb.

Qeyd edək ki, ilk oyun günündə "Qarabağ" "Keşlə"ni 3:0, "Səbail" isə "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub edib. Bu gün keçirilən "Qəbələ" - "Zirə" matçında isə meydan sahibləri qalib gəlib - 2:1.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar