Binəli Yıldırıma yeni vəzifə veriləcəkmi? - Sabiq spiker suala belə cavab verdi

İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədrliyi uğurunda gedən mübarizədə CHP-li Əkrəm İmamoğluna uduzan keçmiş spiker Binəli Yıldırım jurnalistlərin “Bundan sonra nə edəcəksiz?” sualına cavab verib.

Strateq.az xəbər verir ki, Binəli Yıldırım bu günə qədər müxtəlif vəzifələrdə ölkəsinə xidmət etdiyini deyib: “İndi də vəzifədən asılı olmayaraq, ölkəmə xidmət etməyə davam edəcəm. Tək hədəfim xidmət edərkən xalqımızın rifahının yüksəlməsi və daha xoşbəxt olduğnu görməkdir”.

Daha sonra Binəli Yıldırım işsiz olmadığına işarə vuraraq, deyib ki, hal-hazırda İzmirdən seçilmiş deputat olaraq qalır: “Bunu da hamı bilməlidir ki, deputat kimi öhdəliyim var”.

635x100

Şərhlər

Şakir 2019-04-19 22:47:47

Türkiyədə demokratiya qalib gəldi.Təbriklər.Bəs Azərbaycanda nə vaxt olacaq?

Son yazılar