Fransa Rusiya ilə sərhədə tank və hərbçi yerləşdirəcək

NATO missiyasının Baltikyanı ölkələrdə və Polşada güclənməsi çərçivəsində xarici legiondan 300-ə yaxın Fransa hərbçisi və muzdlu Estoniya-Rusiya sərhədinə yerləşdirilib.

“Report” “Gazeta”ya istinadla xəbər verir ki, bunu Fransanın Estoniyadakı səfirliyi bildirib.

Bildirilib ki, şəxsi heyətlə Fransadan 4 tank və 25 Piyadaların Zirehli Maşını Estoniyaya göndərilib. Hərbi texnika aprelin 23-də Estoniyaya yetişəcək.

Məlumata görə, hərbi texnika və şəxsi heyət Rusiya oiilə Estoniya arasındakı dövlət sərhədinin 140 km-liyində yerləşdiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar