Poroşenko Tvitterdə Putini təhqir etdi – FOTO

Ukrayna prezidenti Pyotr Poroşenko Tvitter səhifəsində Rusiya dövlət başçısı Vladimir Putini təhqir edib.

Axar.az-ın Ukrayna mətbuatına istinadən xəbərinə görə, o, sosial şəbəkədə rusiyalı həmkarı ilə görüşdən dərhal sonra əlini yuduğunu vurğulayıb.

Qeyd edək ki, prezidentlərin bu günlərdə keçirilən məlum Minsk görüşündən sonra ukraynalı internet istifadəçiləri Poroşenkonun ünvanına sərt ifadələr işlədiblər. Onlar Ukrayna prezidentinin ölkələrini işğal etmiş dövlətin birinci şəxsi ilə salamlaşmasını absurd və məntiqsiz sayıblar. Məsələyə dərhal reaksiya verən Poroşenko Putinlə görüşdən sonra əlini yuduğunu xatırladıb.

Xatırladaq ki, nəticəsiz qalan Minsk görüşü həm də prezidentlərin qarşılıqlı təhqirləri ilə yadda qalıb. Belə ki, Rusiya prezidenti Vladimir Putin Ukraynadakı gərginliyin aradan qaldırılması üçün Poroşenkonu özünə rəqib saymayaraq, danışıqların rəsmi Vaşinqtonla aparılmasını vacib sayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar