Rusiya və Ermənistan hərbçiləri birgə döyüş hazırlıqları planını müzakirə ediblər

Son günlər Dağıq Qarabağ münaqişəsinin «dinc yolla» tənzimlənməsi prosesini öz monopoliyasına almaq cəhdləri göstərən Rusiya paralel olaraq,  müaqişə tərəfi olan işğalçı Ermənistanı pulsuz siahlarla təmin edir. Bununla yanaşı, bu ölkənin siahlı qüvvələri ilə mütəmadi olaraq birgə hərbi təlimlər keçirir.

Son məlumatlara görə, Rusiya silahlı qüvvələri Cənub Hərbi Dairəsinin (RSQ CHD) Rostov (Don üzərində) şəhərində yerləşən qərargahında dairə komandanlığının nümayəndələri ilə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Artak Davtyan və Ermənitsan-Rusiya birləşmiş ordu qrupunun komandanı, general-mayor Tiqran Pərvənyanın arasında «işgüzar görüş» keçirilib. Bu barədə xəbəri aprelin 18-də Rusiya Federasiyası Silahlı Qüvvələri Cənub Hərbi Dairəsinin mətbuat xidməti yayıb.

Görüşün gedişində 2020-ci il üçün nəzərdə tutulmuş döyüş və operativ tədbirlər planı müzakirə olunub. Tərəflər ordu hissələrinin birgə operativ və döyüş hazırlığı üzrə həm cari ilə plalnlanmış tədbirlər, həm də 2020-ci ilə panlanmış müxtəlif xarakterli təlimlər baxımıdan səylərin artırılmasına hazır oldqlarını təsdiqləyiblər.

«2020-ci ildə CHD hissələri operativ reaksiya üzrə Kollektiv qüvvələrin birgə təlimlərində iştirak edəcək... » - deyə, CHD qərargah rəisi general-leytenant Sergey Kuzovlev qeyd edib.

Ermənistan Baş Qarargahının rəisi isə öz növbəsində qeyd edib ki, «bizim dövlətlərimizin birləşmiş qruplaşmalarının sıx qarşılıqlı fəaliyyətinin və Rusiyanın Ermənistandakı 102-ci bazasının böyük potensialı var.

İşgüzar səfər çərçiavəsində həm də Ermənistan Silahlı Qüvvələrinin nümayəndələrinin CHD-nin 8 saylı Ümumqoşun Ordusu, 150 saylı motoatıcı diviziyasına (Rostov vilayəti) tanışlıq səfəri baş tutub. Burada qonaqlar motoatıcı birləşmələrin gündəlik fəaliyyəti və döyüş hazırlığı ilə tanış olublar.

AzPolitika.info

635x100

Şərhlər

Birsovet 2019-04-20 00:18:33

Armavir paytaxt olmaqla ve 150(366) alayi ile daha bir anklav shansi RF budcesine neceye basha gelir? Elaca da qumri va serhadlar?

Son yazılar