19 yaşlı qız kollecdə diri-diri yandırıldı - Banqladeşdə

19 yaşlı qız kollecdə diri-diri yandırılıb.

Milli.Az xəbər verir ki, mart ayında rəhbərin ona qarşı əxlaqsızlıq etdiyi üçün polisə müraciət edən Nusrat Jahan Rafi kollecin damında öldürülüb.

Hadisə Banqladeşdə baş verib. Qızın şikayətindən sonra qorxuya düşən müdir onun üstünə böhtan ataraq qızın kollecdə oğlanla cinsi əlaqədə olduğunu söyləyib və tələbələrə onu linç etməyi tapşırıb.

Olaydan 4 gün sonra onlarla oğlan və qız Nusrat Jahan Rafiyə hücum edərək, üzərinə kerosin töküb, yandırıblar.

Müdir məsələnin üstünü intihar adıyla bağlamaq istəsə də, sonradan işin üstü açılıb. İşə ölkənin baş naziri Şeyx Hasina da qarışıb. O, mərhumun valideynlər ilə görüşərək onun qatillərinin cəzasız qalmayacağını söyləyib.

635x100

Şərhlər

Moderatora 2019-04-20 00:37:19

Belə xəbərləri yazmaqda məqsədiniz bəlli deyil.Belə xəbərlər millətə nə təlqin edə bilər? Kimə belə yazılar lazımdır?Yaxşı olar ki, ölkəmizdəki xəbərləri tam yazın və millət nəticə çıxarsın.Belə xəbərlər millətdə zora,cinayətə həvəs yarda bilər.Axı hamı eyni ağıla sahib deyil.

Son yazılar