Ərəb koalisiyası husilərin mövqelərini bombalayıb

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb koalisiyasının hərbi təyyarələri Yəmənin paytaxtı Sənada husilərin mövqelərinə zərbələr endirib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, zərbələr nəticəsində pilotsuz uçuş aparatlarının saxlanıldığı anbar məhv edilib.

Məhv edilən anbar daha əvvəl Yəmən Milli Qvardiyasının bazası kimi fəaliyyət göstərib.

Husilər hava zərbələri barədə məluimatları hələki şərh etməyiblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar