ÜÇ "ERMƏNİ DOSTU"NA BİR ERMƏNİ DƏ QOŞULDU - Danışıqları daha neçə il imitasiya edəcəklər?!

Rusiya KİV-nin məlumaına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ATƏT-in Baş katibi Tomas Qreminger gələn həftə Moskvada Dağlıq-Qarabağ tənzimləməsini müzakirə edəcəklər. Bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova aprelin 18-də keçirdiyi həftəlik brifinqdə xəbər verib.

Onun sözlərinə görə, görüş beynəlxalq təhlükəsizlik üzrə illik Moskva konfransı çərçivəsində baş tutacaq. Konfrans aprelin 24-də Moskva şəhərində keçiriləcək.

Dağlıq-Qarabağ münaqişəsinin tənzimlənməsi ətrafında irəli sürulən təklif tərəflərin özləri arasında, ərazi bütövlüyü, xalqarın öz müqəddəratını təyinetməsi və gücdən imtina olunması prinsipləri əsasında razılaşmanın tapılmasını nəzərdə tutur.

Bu barədə Serjey Lavrov aprelin 17-də Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının ötən bazar ertəsi Moskvada keçirdikləri danışıqları şərh edərkən bildirib.

Xatırladaq ki, Rusiya, Ermənistan və Azərbaycan XİN başçıları Sergey Lavrov, Zöhrab Mnasakanyan və Elmar Məmmədyarov, ATƏT Minsk qrupunu həmsədrləri İqor Popov (Rusiya), Endryü Şefer (ABŞ), Stefan Viskonti (Fransa) aprelin 15-də Qarabağ tənzimləməsi üzrə Moskvada keçirilən görüşün yekunlarına həsr olunmuş bəyanatla çıxış ediblər.

«Martın 29-da Vyana şəhərində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşdə əldə olunmuş razılaşmanın inkişaf etdirilməsi qismində görüş iştirakçıları Azərbaycan-Ermənistan sərhədində və qoşuların təmas xəttindəki vəziyyəti, həm də humanitar sahədə qarşılıqlı fəaliyyətin qurulması məsələlərini müzakirə etdilər. Tənzimləmənin əsasını təşkil edən məsələlər barədə ətraflı fikir mübadiləsi oldu» - Ermənistan XİN-nin xəbərində belə deyilir.

Qeyd olunur ki, Ermənistan və Azərbaycan XİN-i Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində siyasi-diplomatik səylər göstərməyə hazır olduqlarını təsdiqləyiblər. Rusiya XİN başçısı Sergey Lavrov və ATƏT-n Minsk qrupunun həmsədrləri isə özlərinin bölgədə stabil sülhün bərqərar olmasına istiqamətlənmiş vasitəçilik missiyasını təsdiqləyiblər.

Beləliklə, son günlər Qarabağ münaqişəsinin nizamlanması ətrafında cərəyan edən proseslər göstərir ki, 1994-cü ildən üzübəri Ermənistanın «üç dostu» tərəfidən həyata keçirilən «danışıqlar» Azərbaycanı Ermənistan-Rusiya silahlı qüvvələri tərəfindən işğal edilmiş Qarabağ bölgəsindən 25 il məqsədli şəkildə «uzaqlaşdırıb». İndi isə bu «üçlüyə» daha birisi - milliyyətcə erməni olan Sergey Lavrov (Rusiyaın XİN naziri) qoşulub.

Belədə, düşünməli olursan: Üç «erməni dostu» və bir ermənidən ibarət «vasitəçilər qrupu» görəsən, danışıqları daha neçə il imtiasiya edəcəklər?!

Ümumiyyətlə, «vasitəçi»lərdən imtina etməyin və «Qordi düyünü»nü bir zərbə ilə parçalamağın vaxtı çatmayıbmı?

Axı, zaman işğalçıya işləyir...

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

ELMAR..... 2019-04-20 11:44:09

ERMƏNİDƏN PİSDİRLƏR...

Eldar 2019-04-20 11:44:09

Muellifin sozune destek, vasitecilerden imtina etsek,muharibeni 50 faiz udmus olariq .Qalan 50 faizi de masallah GUCLU ORDUMUZ var.Ireli AZERBAYCAN ORDUSU.

vətənpərvər 2019-04-20 11:44:09

Ay millət Gözynyz aydın Urusiyadakı səeirimiz Polad Bülbülovic deyir ki "amandı qoymayın Azərbaycanda anti erməni cavan nəsl yetişir." Vallahi bu kimi adamların qanın analizə vermək lazımdır E.Məmmədyarov daxil olmaqla

miri 2019-04-20 11:44:09

Bu problemi istər "erməni dostları" , istər-istəməz "Azəri dostları" müzakirə etsin, həlli çətin ola. Çünki "abad və firavan" olmayan yerə heç kəs könül xoşluğu ilə gedə bilməz. Məmləkətdə azad secki, vətəndaş cəmiyyəti, ədalətli hüquq sistemi, korrupsiya siz və rüşvətsiz idarəetmə.....bir sözlə xalq hakimiyyəti olmayana kimi bu problemin həlli məntiq ilə görünmür.Allah millətə yar olsun İNŞƏALLAH.

t.ədalət 2019-04-20 11:44:09

Təkcə zaman yox, qeyri millətdən olan və ermənilərlə bulaşıq qandan törəyənlər də əleyhimizə işləyir.Azərbaycanın XİN-i E.Məmmədyarovun ermənilərin Bakıya sərbəst gəlib-getməsini reallaşdırmaq üçün atdığı addımlar çox təhlükəlidir.Onun hərəkətləri milliyyətcə bizdən olmadığını göstərir.Biz ayıq olmasaq,xəyanətkar addımları vaxtında buxovlamasaq çox böyük təhlükələrə məruz qalacağıq.Bu gün Azərbaycanda strateji vəzifələri tutan "erməni çəpişləri" cəbhə xəttindəki erməni yaraqlıları qədər bizə düşməndir...

Elli 2019-04-20 11:44:09

Əvvəllər ermənilər federasiya istəyirdilər, sonra oldu konfederasiya daha sora da müstəqillik istədilər. Hələ ermənini yerində oturtmaq vaxtı gəlib çatmayıb? Nə qədər fikirləşmək olar? 30 ildir işğal davam edir.

Bashirov Qarib 2019-04-20 11:44:09

Mirzə muəllim,uç yox,dörd erməni dostu və bir erməni yazsaydınız daha durust olardı.

Moshu 2019-04-20 11:44:09

Heç kim inciməsi, illərdir ki, həmsədrlər, ATƏT, nə bilim kimlər bizi mədəni surətdə otarırlar. Heç kim bizim problemi həll edəsi deyil. Statistik rəqəmlərə fikir versək bəlkə də atəşkəs rejimindən sonra daha çox itki vermişik. “Axırıncı aşırım” bədii filmi yadınızdadır. Abbasqulu bəy Kərbalayıya məsləhət verir ki, silahı yerə qoy, topun, topxanan yox, Kərbalayı isə cavabında deyir topumuz, topxanamız olmasa da ən azından qeyrətimiz var. Açığı, artıq kifayət qədər topumuz, topxanamız var, lakin elə bil nəyimizsə çatmır. O çatmayanın nə olmasının cavabını verəni sürpriz gözləyir

hellas 2019-04-20 11:44:09

Mirzə müəllim "Lazım müəllim" hələ gəlməyib. Onsuz isə bu məsələyə başlamaq olmaz....

kluni 2019-04-20 11:44:09

Hörmətli müəllif, Yapizmin 25 ildə millətə sırıdığı lazım Zaxarovanın "şippilkalarının" hündürlüyündən qorxub gəlmir. Lazım talançı məmurlar getdikdən sonra gələcək. Onlara Qarabağ məsələsinin həlli yox, nöyüt pullarını dağıtmaq lazımdır.

Son yazılar