UNESKO və İSESKO-nun yazılış qaydası müəyyənləşib

Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan dilinin Orfoqrafiya Normaları”na əsasən, ixtisar olunan və qısaldılan sözlərin yazılış qaydaları müəyyənləşib.

"Report"un məlumatına görə, tam ixtisarlar və qısaltmalar aid olduqları sözlərə uyğun olaraq böyük hərflə yazılır: Azərbaycan Respublikası - AR, Birləşmiş Millətlər Təşkilatı - BMT, Milli Məclis - MM və s.;

Eyni zamanda tam ixtisarlar ümumi isimlərə aid olduqda kiçik hərflə yazılır: metr - m, cild - c, və sairə - və s., və başqaları - və b.;

Yarımçıq ixtisarlar da aid olduqları sözlərə uyğun olaraq, böyük və kiçik hərflərlə, mürəkkəb adların tərkib hissələri isə bitişik yazılır: akademik – akad., doktor – dok., dosent - dos., professor – prof., Azərbaycan Nəşriyyatı - Azərnəşr və s.

Yeni qaydalara əsasən, ixtisarlara əlavə edilən şəkilçilər son səsin tələffüzünə uyğun olaraq ya­zılır: AMEA-dan, MDB-nin, UNESKO-nun, İSESKO-da, BDU-ya və s.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar