Makron PKK nümayəndələri ilə görüşdü - Fransadan növbəti xain addım

Fransa prezidenti Emmanuel Makron Parisdə Yelisey sarayında PKK-nın Suriya qolu PYD/YPG-nin əsasını təşkil etdiyi Suriya Demokratik Qüvvələri adlandırılan təşkilatının üzvləri ilə görüşüb. Virtualaz.org bildirir ki, görüşdə Suriyanın şimal-şərqi ilə bağlı məsələlər də gündəmə gəlib. Makron Suriyada mülki şəxslərə maliyyə yardımı veriləcəyi bildirilib.

Fransa prezidentinin bu addımı rəsmi Ankaranın qəzəbinə səbəb olub.

Türkiyə XİN-in rəsmi nümayəndəsi Hami Aksoy bununla əlaqədar bəyanat verib. O, terror təşkilatının Suriya qoluna süni legitimlik qazandırmaq məqsədini güdən bu təşəbbüsü çox yanlış addım adlandırıb və Türkiyənin öz milli təhlükəsizliyinin təmin edilməsi üçün zəruri hesab etdiyi tədbirləri həyata keçirməkdən çəkinməyəcəyini söyləyib: “Suriyanın siyasi birliyini və ərazi bütövlüyünü hədəf alan bütün fəaliyyətlərə qarşı zəruri olan addımları atmaqdan çəkinməyəcəyik”.

635x100

Şərhlər

vızz 2019-04-20 12:59:11

Ay xain, axı sizlər üçün Luvru, Muvru, Zuvru Sarkoziyan ilə birlikdə təmir də etdirdik axı?? özü də neçə ton dollara??

Veteran 2019-04-20 12:59:11

Bu goruwun nece baw vermesini bawa duwmek ucun alim olmaq lazim deyil. S-400 lere cavab olaraq Makaron bunu Trapin tapwirigi ile tewkil edib

Son yazılar